Ev Turizm Xəbərləri Rumıniyanın “AmosNews” xəbər agentliyi “ASAN Viza” sistemi barədə məqalə yayıb

Rumıniyanın “AmosNews” xəbər agentliyi “ASAN Viza” sistemi barədə məqalə yayıb

TURİZM

Rumıniyanın “AmosNews” xəbər agentliyi AZƏRTAC-a istinadən rumın dilində “ASAN Viza” sistemi barədə məqalə yayıb.

Məqalədə ölkəmizin turizm sahəsində mühüm nailiyyətlər əldə olunduğu qeyd olunub. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrıldığı bildirilib. Rəqabət qabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanı ölkəyə giriş-çıxışın sadələşdirilməsi turizmə dəstək verən ən mühüm addımlardan biridir. Bununla da, Azərbaycana gəlmək istəyən əcnəbi turistlər tez bir zamanda viza əldə edib, ölkəmizin gözəl guşələri ilə tanış olmaq imkanı əldə ediblər.

Məqalədə “ASAN Viza” sistemindən istifadə qaydaları, rahatlığı barədə geniş məlumat verilib.