Ev Turizm Xəbərləri Rusiyalı səyyah 9 dünya rekorduna imza atmağa hazırlaşır

Rusiyalı səyyah 9 dünya rekorduna imza atmağa hazırlaşır

Rusiyalı səyyah

Rusiyalı səyyah Fedor Konyuxov nəhəng gəmi ilə Yer ətrafında üç dəfə dövr etməklə 9 dünya rekorduna imza atmağı planlaşdırır.

TASS-ın məlumatına əsasən, Konyuxov bunun üçün 76 metr uzunluğu olan gəmi tikməyə hazırlaşır. 

Qeyd edilir ki, səyahətin 80 gündən az müddətə başa vurulması planlaşdırılır. 

67 yaşlı Konyuxov artıq 5 dünya səfərinə imza atıb. O, 2019-cu ilin mayında avarlı qayıqla Sakit okeanının cənub hissəsini üzərək keçib.