Ev Turizm Xəbərləri Rusiyanın 250 turizm şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçirilib

Rusiyanın 250 turizm şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçirilib

Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm Bürosu Rusiyanın Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 3 hotel7 turizm şirkətinin nümayəndələrinin qatıldığı təqdimatlarda Rusiyanın 250-yə yaxın turizm şirkəti iştirak edib.

Silsilə təqdimatlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, yeni marşrutlar, şərab turları, müalicəvi turlar və hotellər barədə ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində Rusiyadan olan, müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış şirkət nümayəndələri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.