PAYLAŞ
şəki

Noyabrın 26-da Şəki “ASAN Həyat” kompleksində ASAN Könüllüləri və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində təşkil olunan işgüzar inkişaf təlimlərinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qadınların işgüzar inkişaf platforması olan “AIM–W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsidir. Onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər professor Bülent Himmetoğlu, İşıl Keskin Şahan və Soner Şahan iştirak edirlər.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir və Qubada təlimlər keçirilib. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt iqtisadi zonalarını da əhatə edəcək.