Ev Turizm Xəbərləri Səudiyyə Ərəbistanı yeni turist vizası TƏTBİQ EDİR

Səudiyyə Ərəbistanı yeni turist vizası TƏTBİQ EDİR

Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman, 2030-cu ilə qədər turizm ölkənin ÜDM-nin 10% -ni təmin edəcəyinə ümid edir.

Turizm.fins.az xəbər verir ki, bu haqda CNBC məlumat verib.

Gələn ay Səudiyyə Ərəbistanı xarici qonaqları cəlb edəcək yeni turist vizası tətbiq edəcək.

Milli.Az banker.az-a istinadən bildirir ki, ərəblər xaricdə hər il təxminən 26 milyard dollara qədər vəsait xərcləyirlər. Şahzadə bu pulu yenidən ölkəyə cəlb etməyi planlaşdırır.

Six Flags – Ər-Riyad şəhərindən 40 km məsafədə inşa edilən “əyləncə super şəhəri” layihəsinə qoşulmuş operatorlardan biridir.

Qiddiya – Səudiyyə Ərəbistanın inkişaf elətdirdiyi mega layihələrdən biridir, hansıki yeni iş yeri yaratmağa kömək edəcək.

Ölkənin ən qədim şəhərlərindən biri olan Əl-Ulada turizmin inkişaf etməsi üçün əlverişlidir.

Bu gün turizmdən əldə edilən gəlir Səudiyyə Ərəbistanının ÜDM-nun 2%-ni təşkil edir.

Səudiyyə Ərəbistanının turizm bazarı, demək olar ki, hər il həcc ziyarətinə gələnlərin hesabına inkişaf edir. 2030-cu ilə qədər onların sayı 30 milyona çatacağı güman edilir.

Səudiyyə Ərəbistanının energetika naziri qeyd edir ki, neft ilə zəngin olan ölkə tədricən neftdən asılılığını azaltmağı planlaşdırır.