Ev Aviabiletlər Səyahət edən sərnişinlər üçün məlumat

Səyahət edən sərnişinlər üçün məlumat

Sərnişinlər üçün məlumat

Əziz, oxucularımız, bu gün sizə “Silk Travel” şirkətinin də məhz sərnişinlər  üçün qadağan olunmuş, təhlükəli  əşyaları sizlərə təqdim edirik.

Sizin yükünüzdə ciddi şəkildə qadağan olunan əşyalar:

-Radioaktiv maddələr

– Qaz

– Partlayıcı maddələr

– Fişənglər

– Zəhər

– Korroziyaya uğrayan maddələr

– Maqnitlər

Baqaja verilməsinə icazə verilən, lakin salona daxil edilməsi qəti şəkildə qadağan olan əşyalar:

– silah-sursat

– Soyuq silah

– Odlu silah

Aviaşirkətlərin çoxunda, mayelərin, gellərin və aerozolların aviasərnişinin əl yükündə daşınmasına məhdudiyyətlər mövcuddur.

Məhdudiyyət aşağıdakılara şamil olunur:

– su və digər içkilər, şorbalar, şirələr;

– kremlər, losyonlar və yağlar;

– ətirlər;

– spreylər;

– gellər, həmçinin saç və duş gelləri;

– kiçik balonlarda olan maddələr, həmçinin, təraş üçün köpük, digər köpüklər və dezodorantlar;

– pastalar, həmçinin diş məcunları;

– sulu və bərk maddələrin qarışığı;

– tuş;

– istənilən digər maddələr.

Yuxarıda sadalananlardan yalnız az bir qisminin təyyarəyə gətirilməsi sərnişinlərə icazə verilir, lakin o şərtlə ki, onlar 100 ml həcmdən artıq olmayan tutumda qablaşdırılırlar.

Göstəriləndən daha artıq həcmdə əl yükünə yalnız aşağıdakı hallarda icazə verilir:

– uçuş zamanı zəruri olan uşaq qidası;

– uçuş zamanı zəruri olan dərmanlar (orijinal bağlamada, sərnişin üçün həmin preparatın zərurliyini təsdiqləyən lazımi tibbi arayışla və ya sərnişinin adını göstərildiyi reseptlə birlikdə)

– aeroportlarda və hava gəmilərinin içindəkı vergisiz ticarət mağazalarında əldə olunmuş içkilər və ətirlər. Əgər onlar xüsusi möhürlənmiş bağlamalarda satılmışdırsa, yoxlamadan keçənə qədər onun bütövlüyünü pozmayın – əks halda bağlamanın içindəkilər xüsusi yoxlama məntəqəsində müsadirə oluna bilər.

Hörmətli sərnişinlər, yoxlama zamanı hazır olun ki, Sizdən bu əşyaların və maddələrin zəruriliyini sübut etmək xahiş oluna bilər.