Ev Turizm Xəbərləri “Şahdağ”da görkəmli Azərbaycan rəssamlarının simpoziumu keçirilir – FOTO

“Şahdağ”da görkəmli Azərbaycan rəssamlarının simpoziumu keçirilir – FOTO

Rəssam

Şahdağ” Yay-qış turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti “Art Zone Week” adlı rəngkarlıq simpoziumu fevralın 28-də start götürüb.

Rəssam

Oxu.Az xəbər verir ki, mədəniyyət və sosial yönümlü bu layihənin məqsədi rəssamların gözü ilə bölgəni, burada yerləşən möhtəşəm turizm kompleksini ölkənin aparıcı turizm bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir.

Rəssam

Rəssamlar Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olacaqlar. Bir həftə ərzində sərbəst mövzularda rəsm əsərləri yaradacaqlar.

Rəssam

Bununla yanaşı, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiriləcək. İlk Simpoziumda ərsəyə gələn və “Şahdağ” mehmanxanasının vestibülündə sərgilənən rəsm əsərləri burada istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olub.

Rəssam

Sərgidəki möhtəşəm əsərləri satın almaq istəyən qonaqlar təəssüf ki, istəklərini həyata keçirə bilməyəcəklər . Simpoziumun qaydalarına görə əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.

Artıq ikinci dəfə reallaşan “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, “Abşeron Hotels Group” və “ASPİ Winery”nin təşkilati dəstəyi ilə həyata keçirilir.

Rəssam

Layihənin rəhbəri və təşkilatçısı Şakir Eminbəyli göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edib. O bildirdi ki, ölkənin sayılıb seçilən fırça ustaları üçün burada ən yüksək səviyyədə iş və istirahət şəraiti yaradılıb.

Qeyd edək ki, Simpoziumda Azərbaycanın əməkdar rəssamları

Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev və rusiyalı rəssam Bayram Salamov iştirak edir.

Rəssam

Simpozium mart ayının 3-də rəssamların burada çəkdikləri əsərlərindən ibarət yekun Sərgi ilə başa çatacaq. Əsərlər mart ayının sonuna kimi “Şahdağ” mehmanxanasında sərgilənəcək.