PAYLAŞ
turizm

Dekabrın 19-da Şamaxıda İqtisadiyyat Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı Şərab İxtisaslaşması Strategiyasının maliyyələşdirilməsi və həyata keçirilməsi imkanları və potensial layihə ideyaları haqqında fəal müzakirəni təşviq etməkdir. Bu məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə 1-ci Regional İxtisaslaşma Konfransı keçirilib. Konfransda İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, 10 rayonun icra hakimiyyətinin, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatların nümayəndələri, KOB agentliyi, sahibkarlar və fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda İqtisadiyyat Nazirliyinin Şamaxı Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlığı çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa töhfə verməklə regionların və kənd yerlərinin inkişafına yönələn layihənin həyata keçirilməsi barədə danışılıb. Layihənin əsas məqsədi rəqabət qabiliyyətini artırmaqdır. İş yerləri açmaq və inklüzivliyi genişləndirmək üçün regional, sosial və iqtisadi fərqləri aradan qaldırmaqla, yerli və regional inkişafa dəstək verməkdir. Layihə çərçivəsində rayon icra hakimiyyəti “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” texniki yardım layihəsinin yerli və xarici ekspertlərlə birlikdə Şamaxı rayonu üçün şərab ixtisaslaşması üzrə inkişaf strategiyasını işləyib hazırlayıb.

Konfransda regionun inkişafını dəstəkləyən və regionlar arasında fərqi azaldacaq tədbir və layihələr müzakirə olunub. Habelə kənd təsərrüfatı sahəsində sahibkarların bilik və bacarıqlarının artırılacaq. Eləcə də Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru üçün marketinq və turizm məhsullarının inkişafı üzrə işlər aparılıb. Səyahət yerlərinin menecmenti imkanları istiqamətində dövlət qurumları və donor təşkilatlarla müzakirələr aparılıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxıda üzümçülüyün və şərabçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib. Rayonun sosial-iqtisadi inkişafında bu sektorun rolunun önəmini vurğulayıb.

İqtisadiyyat nazirinin müavinin Sahib Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində regionlarda sahibkarlığın və infrastruktur təminatının inkişafı artıb. Üzüm və şərab məhsullarının ixracına dövlət dəstəyi barədə iştirakçıları məlumatlandırıb. Nazir müavini, habelə çıxışında Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” layihəsinin zəruriliyini və regional inkişaf yanaşmasında Avropa İttifaqı ölkələri təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edib.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək, ölkədə üzümçülük və şərabçılığa dövlət dəstəyi və bu sahədə görüləcək işlərlə bağlı məlumat verib. Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə əlaqədar verdiyi sərəncamlardan, bu sərəncamların kənd təsərrüfatının dinamik inkişafındakı əhəmiyyətindən danışıb. E.Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşma strategiyası barədə də iştirakçıları məlumatlandırıb. Bu ixtisaslaşma sayəsində Şamaxı rayonunda əhalinin məşğulluq səviyyəsi və fermerlərin gəlirləri artacaq. Həmçinin şərab və üzüm məhsullarının ixracı artacaq, aqrar turizmin inkişafı üçün əlavə imkanlar yaranacaq. Nazir müavini, eyni zamanda, kooperativləşmənin və birgə fəaliyyətin fermerlərə verə biləcəyi töhfələr haqqında da ətraflı danışıb.

Konfransda Avropa İttifaqı Bakı ofisinin nümayəndəsi xanım Simona Gatti layihənin əhəmiyyətindən söz açıb. Davamlı regional inkişaf üçün əhatəli planlaşmanın vacibliyini vurğulayıb.

Tədbirdə rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən layihə çərçivəsində hazırlanan strategiya və investisiya layihələri təqdim edilib. Habelə layihə heyəti, regional ixtisaslaşma strategiyası yanaşması və metodologiyası təqdim olunub.

Regional konfransda ölkədə fəaliyyət göstərən donor təşkilatların nümayəndələri çıxış edib. Şamaxıda ixtisaslaşma strategiyasının icrasına verə biləcəkləri töhfələr haqda məlumat veriblər.