PAYLAŞ
Şengen vizası

Şengen vizası nədir?

Şengen zonasına daxil olan 26 Avropa ölkəsinə qısa müddətli səyahət üçün verilən viza belə adlanır. Bu vizanı alan şəxs Şengen zonasındakı bütün ölkələrə giriş hüququnu qazanır.

Səyahət və ya işgüzar səfər üçün verilən Şengen vizası 180 gün ərzində toplam 90 gün həmin ölkələrdə qalmağa imkan verir.

İsveçrənin heç bir xəritədə görünməyən sərhədlərini necə keçdim?Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişirŞengen zonasına daxil olan ölkələrAlmaniyaİsveçNorveçAvstriyaİsveçrəPolşaBelçikaİtaliyaPortuqaliya Çexiya İslandiyaSlovakiyaDanimarkaLatviyaSloveniyaEstoniyaLixtenşteynYunanıstanFinlandiyaLitvaFransaLüksemburqNiderlandMacarıstanİspaniyaMalta

Viza rüsumu artırılıb

Şengen vizası rüsumu böyüklər üçün 60 avrodan 80 avroya, 6-12 yaş arası uşaqlar üçünsə 35 avrodan 40 avroya qaldırılıb.

Avropa İttifaqı ilə viza prosedurlarının sadələşdirilməsi sazişi imzalamış ölkələrin vətəndaşları üçün viza rüsumu dəyişməyəcək.

Elektron müraciət imkanı yaradılıb

Viza üçün müraciət qaydası sadələşdirilib. Şengen zonasına daxil olan ölkələr artıq elektron müraciətlər də qəbul edəcəklər. Müraciət formalarını elektron qaydada imzalayıb göndərmək mümkün olacaq.

Müraciət müddəti artırılıb

İndiyə qədər Şengen vizası üçün müraciət müddəti səyahət tarixindən ən azı 3 ay əvvəl təqdim edilməliydi. Yeni qaydalarda bu müddət 6 aya qaldırılıb.

-Tez-tez səyahət edənlər üçün güzəşt nəzərdə tutulub

Şengen ölkələrini ziyarət etmiş və viza tarixçəsində heç bir problem olmamış şəxslərin 1 ildən 5 ilə qədər çoxgirişli viza almaları asanlaşdırılıb.

Onlar vizada göstərilən müddət ərzində Şengen ölkələrinə bir neçə dəfə gedə biləcəklər.

Qaydalar niyə dəyişdi?

Turizm və səyahət Avropa iqtisadiyyatında önəmli rol oynayır. Turizm marşrutları baxımından Aİ ölkələri ilk yerləri tuturlar.

Avropa Birliyinin rəsmi saytındakı məlumata görə, son 9 ildə Aİ üzvü olan ölkələrə viza müraciətləri 57 faiz artıb – 2009-cu ildə 10,2 milyon müraciət olmuşdusa, 2018-ci ildə bu say 16 milyona yüksəlib.

Ona görə də təhlükəsizlik və nəzarət məsələlərini təmin etmək şərtilə, viza qaydalarını sadələşdirmək ehtiyacı yaranıb. Viza rüsumları sonuncu dəfə 2006-cı ildə artırılmışdı.

Müraciətdə hansı məlumatlar qeyd olunmalıdır?

İmzalı müraciət formasında son 10 il ərzində alınmış və yeni səyahətdən qayıdandan sonra ən azı 3 ay keçərli olacaq pasportun göstəriciləri, şəkil, tibbi sığorta, səyahət zamanı xərcləməyə yetəcək qədər gəlir sahibi olduğunu təsdiq edən sənəd, səyahət səbəbiylə bağlı sənədlər əks olunmalıdır.

Viza müraciətinə hansı müddət ərzində cavab verilir?

Müraciətə baxılma müddəti maksimum 15 gündür. Əlavə araşdırma tələb edən hallarda bu müddət artırıla bilər.

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? Bir çox sualınıza cavablar