Airbnb

Bugün, xüsusilə də ölkə xaricində gəzintilər zamanı qalacağımız yerlərlə bağlı məlumatları özündə birləşdirən ilk onlayn şirkət Airbnb 21-ci əsrin ən ruhlandırıcı uğur hekayələrindən birinə çevrilib. Belə böyük bir şirkət olmamışdan əvvəl Airbnb sadəcə üç dostun öz kirayə haqqını ödəmək üçün pul qazanmağa çalışdıqları bir fikir idi.

Milli.Az techland.az-a istinadən bildirir ki, işsiz və minlərlə dollar kredit kartı borcu olan şirkət qurucuları şəhərdə kifayət qədər otellərin olmadığı qənaətinə gələrək, şişmə yataqları icarəyə götürür və öz evlərində otaqlarını kirayə verməyə başlayırlar.

Airbnb-nin qurulması arzu və qətiyyətlilik nümunəsidir. Belə ki, 2007-ci ildə təsisçilər Brian Chesky və Joe Gebbia Nyu-Yorka köçürlər. Kirayə ödəməkdə çətinlik çəkdikləri üçün işsiz Chesky və Gebbia pul qazanmağın müxtəlif yollarını axtarır. Bir gün onlar şəhər turizminin inkişaf etdiyini və çox turist cəlb etdiyini, lakin bütün otellərin dolu olduğunu görürlər.

Bu fikirlə pul qazana biləcəklərini düşünən təsisçilər dərhal bir neçə şişirdilmiş çarpayı alıb “Şişirdilmiş Yataq və Səhər yeməyi” adlı bir sayt qururlar. Şirkətin adı da məhz buradan gəlir (Air Bed and Breakfast). Saytın əsas məqsədi 80 dollar ödəməklə ziyarətçiləri yata biləcəyi bir yer və səhər yeməyi ilə təmin etmək idi. Beləliklə ilk qonaqlarını – 30 yaşındakı bir hindli, Bostondan gələn 35 yaşındakı bir qadın və 45 yaşında dörd uşaq atasını qəbul edən sayt ilk uğurunu qazanır.

Airbnb

Bir müddət sonra Harvard məzunu texniki memar Nathan Blecharczyk üçüncü qurucu olaraq təsisçilərə qoşulur.

Üç dost SXSW Konfransı üçün yenidən xidmətə başladıqları zaman böyük bir problemlə qarşılaşır: saytın yalnız iki istifadəçisi var idi və bunlardan biri Chesky idi. Bu problemi aradan qaldırmaq üçün sayt dəyişdirilir və şirkət 2008-ci ilin avqustunda yenidən istifadəyə verilir.

2008-ci ildə onlar 15 investor ilə görüşür, lakin 15 investorun 8-dən mənfi cavab alırlar. Digər 7 investor isə onları göz ardı edir.

Airbnb

Bu hadisə onları ruhdan salmır və Denverdə keçiriləcək Demokratik Partiya Milli Konqresinin qarşısında xidmət etməyə başlayırlar. Onların əsas məqsədi konqresə gələn minlərlə insanı Airbnb vasitəsilə yaşayış yerləri ilə təmin etmək idi. 600-dən çox insan Airbnb-dən istifadə etsə də onların müvəffəqiyyəti uzun çəkmir.

Saytdan pul qazana bilmədiklərini görən təsisçilər qarğıdalı dənəsi qutularının üzərində Obama və Cap’ın surətlərini McCains’ə çevirərək satmağa başlayırlar. Üzərinə “məhdud sayda” yazısını əlavə edən təsisçilər bu strategiyadan 30 min dollar qazanırlar.

Gənclərin potensialını ilk kəşf edən şəxs Paul Graham olur. Graham kiçik bir hissə qarşılığında təsisçiləri Y Combinator adlı bir təhsil proqramına çağırır və onlara maliyyə dəstəyi göstərir. 3 dost bu pulu daha böyük bazarı olan Nyu Yorka səyahət etmək üçün istifadə edəcəklərinə qərar verirlər. Bu müddətdə təsisçilər elanlar və reklamların bir çoxunun şəkillərinin gözəl olmadığının fərqinə varır və bir kamera alaraq qapı-qapı gəzib elanlar üçün daha gözəl şəkillər çəkməyə başlayırlar.

Airbnb

Bu müddətdə Y Combinator’dan Paul Graham, venture kapitalist Fred Wilson’u Airbnb’yə sərmayə qoyması ilə bağlı razılığa gətirməyə çalışır.

Bu vəziyyət təsisçilərə iqtisadi cəhətdən nisbətən təsəlli verir. 2011-ci ildə şirkət həmçinin SXSW-də “Böyük uğur qazanan mobil tətbiq” mükafatını alır. Eyni ildə şirkət, bəzi Silikon Vadisi investorlarından 112 milyon dollar dəyərində sərmayə qazanır və Silikon Vadisinin Unicorn’una çevrilir.

2014-cü ilin əvvəlində onlar məsuliyyətsiz kirayəçilər və bir sıra qanunlarla qarşılaşsalar da, bu problemləri tezliklə aradan qaldıra bilirlər.

Airbnb

Bir müddət sonra onlar evi xaraba edən kirayəçilərə qarşı 1 milyon dollara qədər çıxa biləcək “Sahibkarlıq Zəmanəti ” sığorta siyasətini tətbiqə yerləşdirirlər. Daha sonra hüquqi problemləri aradan qaldırmaq üçün onlar otel vergilərini toplayaraq bələdiyyələrə verməyə başlayırlar.

Borc içində olan 2 dostun 3 şişirdilmiş yataq ilə qurduğu bu şirkət hazırda 31 milyard dollar dəyərindədir.

Airbnb üçün son statistik məlumatlar bunlardır: hazırda 190-dan çox ölkədə və 34.000 şəhərdə 40 milyondan çox istifadəçisi var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin