Ev Gəzməli yerlər Gəzəyənlər Son iki ay ərinizdə ölkəmizə ən çox turist Gürcüstandan gəlib

Son iki ay ərinizdə ölkəmizə ən çox turist Gürcüstandan gəlib

Gürcüstan

Bu ilin üç ayı ərizədə ölkəmizə gələn turistlərin sayında 3 faiz artım qeydə alınıb. Artım ölkəyə yeni regionlar üzrə turistlərin gəlməsi nəticəsində mümkün olub. Bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu ilin ilk iki ayı ərzində Azərbaycana daha çox ziyarətçi Gürcüstandan gəlib. Qeyd edib ki, Gürcüstandan gələn qonaqların sayı Rusiyadan gələnlərin sayından çox olub. Bundan əlavə, hazırda Çindən daha çox turistin cəlb edilməsi üçün işlər aparılır. Yeni imzalanan memorandumda Çindən Azərbaycana 200 min turistin gəlməsi nəzərdə tutulur.

K.Quluzadə bildirib ki, bu ilin ilk iki ayında ərəb ölkələrindən gələn turistlərin sayında 7 faiz azalma müşahidə olunub.

Yanvar-fevral ayları zəif turizm mövsümü hesab olunur. Digər tərəfdən, ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşların sayı azalıb. İraqlı turistlərə hava limanında viza verilməsi proseduru ilə bağlı müəyyən dəyişikliklər edilib. Bütün bunların hamısı gələn turistlərin sayına təsir edib. Amma ərəb ölkələrindən Azərbaycana iki yeni aviaşirkət vasitəsilə uçuşların başlaması ilə əlaqədar bu məsələdə stabilləşmənin olacağı gözlənilir. Bu da nəzərə alınmalıdır ki, Yaxın Şərq iqtisadi və siyasi baxımdan qeyri-stabil zonadır. Onlarda ölkədən çıxmaqla bağlı da problemlər olur. Ona görə də vaxtaşırı belə problemlər olacaq”, – deyə Dövlət Turizm Agentliyinin rəsmisi söyləyib.