PAYLAŞ

Təyyarədə Etiket Qaydaları

Bu nümunəvi sərnişin tələblərindən heç olmasa yarısına riayət etsəniz təyyarə bortuna arzuolunan qonaq kimi qəbul olunacaqsınız.

 Təyyarə kreslosunda

1. Kreslonun dirsəkaltısını qonşunuzla bərabər bölün – genişlənmə siyasəti nə yerdə, nə də göydə xeyir gətirməz.
2. Pəncərə yanında yer düşübsə, tualetə getmək üçün hamının yatmağını gözləməyin.
Pəncərə yanında yer qismət olmayıbsa, pəncərədən baxmaq üçün qonşunuzun üzərinə yıxılmayın.
3. Yerinizdən duran zaman öndəki kreslonun başaltısından tutmayın. Həmin kresloda oturanın saçlarını dartmalı olacaqsınız ki, bu da onun xoşuna heç gəlməz.
4. Adi insanpərvərliyə görə uşağınızın açılıb-bağlanan kiçik masa ilə oynamasını və ya öndəki kreslonun bel hissəsinə ayağı ilə vurmasını qoymayın.
5. Kreslonuzu arxaya verən zaman orada oturan sərnişini bu barədə xəbərdar edin.
iPod və ya videopleyerə tam səs verməyin. Bütün salon sizin musiqi və ya kino zövqünüzü bəyənə bilməz.
6. Qonşunun boşqabına baxmayın. Öz pendirini hələ yeyib qurtarmadığına görə günahkar deyil.
7. Kreslonun arxası öndə oturan üçün etibarlı qoruyucu deyil. Ona görə də asqıranda və öskürəndə ağzınızı örtün.

Gecələr

Təyyarədə sərnişin
Təyyarədə sərnişin

1. Yata bilmirsinizsə və danışmaq istəyirsinizsə də digər sərnişinlərin yatmasına hörmət edin.
2. Yastığınızı qonşunun çiyninə qoymayın.
3. Ayaqlarınızı kreslolar arası keçidə qoyub yatmayın. Salonda gedənlər ilişə, sizsə içki arabasından zədələnə bilərsiniz.
4. Şəfəq çağı oyandınızsa illüminatorun pərdəsini qaldırıb “Necə də gözəl gün çıxıb!” deyə qışqırmayın.

Adi nəzakət qaydaları

1. Ayaqqabını çıxarmaq sizin qanuni haqqınızdır, amma hərdən bunu etmək yaxşı deyil.
2. Uçuşdan əvvəl ətir qabının yarısını üstünüzə tökməyin.
3. Biznes və ya birinci sinfə uçuşlara öyrəşməyən uşaqları aparmayın. Birincisi bu pedoqoji cəhətdən düzgün deyil, ikincisi isə komfortla uçmaq üçün çox pul xərcləmiş sərnişinlərin həyatını korlaya bilərsiniz.
4. Uçuşa başlayanda və enəndə gizlincə komputer oyunu oynamayın. Bu, aviasiya avadanlıqlarının işini pozmasa da, bu hərəkətinizə görə təhlükəsizlik qaydaları məcburi riayət olunmalıdır deyə hesab edən sərnişinlər özlərini təhlükədə hiss edə bilərlər.

 Təyyarəyə giriş və çıxış

Sərnişin
Sərnişin

1. Salona girəndə digərləri üçün keçidi bağlayıb yerinizin önündə durmayın. Əl yükünü rəfə qoyun və oturun. Qapılar bağlanandan sonra uçuşda sizə lazım olan hər şeyi çantanızdan götürmək üçün vaxtınız olacaq.
2. Uzun paltonuzu baqaja sərərək bütün yeri tutmayın.
3. Yerə enən zaman dərhal çıxışa qaçmayın. Öndə olanlara çıxmağa imkan verin.

Təyyarədə etiket qaydaları ilə tanış oldunuz.