turizm

Oktyabrın 4-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun “Azerbaijan.Travel” qonaq mərkəzinin açılışı olub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hər iki ölkənin hökumət və dövlət rəsmiləri, iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

turizm

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələrinin birləşdirdiyini vurğulayaraq qeyd edib. Bu münasibət həm də turizm sahəsinin inkişafında özünü göstərir:

Bu gün biz Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşərək Gürcüstan və Azərbaycanı əhatə edən birgə turların təşkili kimi bir sıra vacib məsələləri müzakirə etmişik.”

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə öz növbəsində nümayəndəliyin açılmasının Gürcüstan və onun vətəndaşları ilə Azərbaycan arasında bağlılığı daha da gücləndirəcəyini bildirib.

turizm

Azərbaycanın çoxsaylı səbəblərə görə ideal ölkə olduğunu qeyd edən Florian Zenqstşmid Azərbaycan xalqının öz mədəniyyətini və mətbəxini gürcüstanlı qonaqlarla paylaşmaqdan məmnun olduğunu diqqətə çatdırıb.

O, Azərbaycana gələn səyahətçilərin 22 faizini Gürcüstan vətəndaşlarının təşkil etdiyini diqqətə çatdırıb. İki ölkə arasında vizasız rejimin bu saya müsbət təsir edib. Bu şəxslərin ölkəyə Tbilisidən birbaşa uçuşlar, təkmilləşdirilmiş dəmiryolu xətləri və quru yolu ilə gəldiklərini vurğulayıb.

Florian Zenqstşmid bildirib ki, Azərbaycan turizmin ümumdaxili məhsula yüksək töhfələr verdiyi ölkələr siyahısına daxil olmağı qarşısına məqsəd qoyub. Növbəti 10 il ərzində bu töhfə illik 6 faiz olacaq ki, bununla da Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə qərarlaşacaq.

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvirivişvili çıxış edərək Tbilisidə qonaq mərkəzinin açılışını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu mərkəz ölkələrimiz arasında iqtisadi, xüsusən də turizm sahəsində münasibətlərin inkişafında mühüm rol oynayacaq.

turizm

Qeyd edək ki, “Azerbaijan.Travel” ölkəmizin təklif etdiyi müxtəlif təcrübələri öyrənmək imkanı yaradan unikal konsepsiyadır.

Azerbaijan.Travel” görüntü və informasiyalarla yanaşı, turlar və səfərlər haqqında məlumat verə biləcək. Hətta bilet sifarişi ilə də məşğul olan turizm agentliyi rolunu oynayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin