Ev Turizm Xəbərləri Tokio turizm şirkətlərini koronavirus təhlükəsinə görə istiqaməti dəyişməyə çağırır

Tokio turizm şirkətlərini koronavirus təhlükəsinə görə istiqaməti dəyişməyə çağırır

turizm

Son günlər Yaponiyada koronavirusa yoluxma təhlükəsinin artması ölkə iqtisadiyyatının tənzimlənməsi planlarına ciddi maneə yaradır.

AZƏRTAC xəbər verir ki, Tokionun paytaxt hökuməti iyulun 16-da maksimum yoluxma barədə məlumat yayıb. Ötən gün bu rəqəm 286 nəfər təşkil edib. Bu, son bir həftə ərzində davam edən qismən aşağı göstəricilərin kəskin artması deməkdir.

Bildirilir ki, bu göstərici Tokionun turizm şirkətlərinin təqdim etdiyi istiqamətlərdən çıxarılması barədə qərarın qəbuluna səbəb olub. Yerli hakimiyyət orqanları və müxalifətdə olan deputatların ifadə etdiyi narahatlıqdan sonra Yaponiyada koronavirusa qarşı mübarizəyə cavabdeh olan qurumlar mütəxəssislərlə məsləhətləşərək bu addımı atıblar.

Yaponiyanın İqtisadiyyatın Bərpası naziri Nişimura Yasutoşi bəyan edib ki, mütəxəssislər Tokioya səfərlərdən “Go To” şirkətinin çıxarılması planını bəyəniblər. Bununla da həm paytaxta, həm də Tokiodan sakinlərin turist səfərləri dayandırılıb.

Bununla yanaşı, ölkənin digər ərazilərində olan sakinlərin daxili turizmin inkişafı üçün ayrılan subsidiyaları almaq və səyahət etmək hüquqları saxlanacaq.

Əlavə olaraq qeyd edək ki, iyulun 16-da Yaponiyada 600-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu, son üç ay ərzində ən yüksək göstərici hesab olunur. Bununla da Yaponiya üzrə koronavirusa yoluxanların ümumi sayının 23 mini ötdüyü, təqribən 1000 nəfərin həyatını itirdiyi bildirilir.