PAYLAŞ
turizm

Prezident İlham Əliyevin tapşırığına əsasən yaxın zamanlarda Bakıda mərkəzi rayon yaradılacaq.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da ötən gün çıxışı zamanı mərkəzi rayonun yaradılacağından danışıb.

O, bildirib ki, mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: “Nəinki yeni binalar, köhnə binaların da bərpası gedir. Mərkəzi rayon yaradılandan sonra bu cür problemlər siyahıdan çıxarılacaq”.

Bakıda mərkəzi rayonun yaradılacağı ilə bağlı səslənən fikirlər hansı dəyişikliklərin olacağı, iqtisadi artım və turist axını ilə bağlı sualları gündəmə gətirib. Turizm üzrə ekspert Bəhman Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, ölkə rəhbərliyi Azərbaycana turist axınını mütəmadiləşdirmək üçün silsiləvi tədbirlər planı həyata keçirir: “Paytaxtın mərkəzində mərkəzi rayonun yaradılması həm Bakının imicinə müsbət təsir edəcək, həm də şəhərə gələn turistlərin mərkəzdə gəzintilərini tam nəzarətdə saxlmağa imkan verəcək. Mərkəzi rayonun yaradılması ilə turistlər üçün hər bir şərait yaradılacaq və onların ixtiyarına veriləcək.

Layihə gündəmdə varsa, ölkə rəhbərliyi aidiyyatı qurumlar üzərində bu tələbi qoyubsa, təbii ki, bu kağız üzərində qalmayacaq, simvolik ad daşımayacaq və mühüm tədbirlər planı həyata keçiriləcək. Mərkəzi rayonda turistlər üçün müvafiz obyektlər yaradılacaq, çağrı mərkəzlərindən tutmuş məlumat bürosuna kimi hər bir şərait yaradılacaq. Azərbaycanda turizm axınına təkan vermək üçün adiyyatı qurumlar vəhdət şəklində tədbirlər planı həyata keçirəcək”.

Ekspert əlavə edib ki, bu gün ölkədə ictimai asayişin yüksək səviyyədə qorunub saxlanması Azərbaycana turist axınına böyük şərait yaradır: “Turizm şirkətlərinə müraciət zamanı da turistlər üçün həm paytaxt, həm də digər bölgələrdə qalmaq heç bir problem olmur. Onlar bilavsitə soruşmurlar ki, Azərbaycanın hansı bölgəsində yaşayacaqlar. Birmənalı olaraq Bakı və digər bölgələr ictimai asayişin yüksək səviyyətə təmin olunan ərazilər etimadını qazanıb. Hesab edirəm ki, Bakıda mərkəzi rayonun yaradılması layihəsi zəruridir. Burada müxtəlif infrastruktur layihələri həyata keçiriləcək, mərkəzi rayona ayrılan xüsusi diqqət isə turistləri məmnun edəcək.


Paytaxtda mərkəzi rayon salınacağı təqdirdə təbii ki, bu mərkəzi rayonların ərazisində olacaq. Mərkəzi rayon Əmircan və ya Xırdalana aparıla bilməz. Çünki bunun üçün çox vəasit xərclənəcək və tələblərə uyğun gəlməyəcək. Mərkəzi rayon yaradıldığında onun əhatə dairəsi çox geniş olmaya da bilər. Lakin həmin ərazidə yaradılacaq infrastruktur diqqəti cəlbedən qədər ətraflı və nəzarətdə olmalıdır. Düşünürəm ki, bu rayon ölkə başçısının nəzarətində olacaq, hər zaman diqqət ayrılacaq. Mərkəzi rayona təyin ediləcək məmur da qoyulacaq tələbləri layiqincə yetinə yetirəcək. Bütün turistlərin mərkəzləşmiş rayonda yerləşən otellərdə rahat qalmaqları və istirahət etməkləri üçün müvafiq şərait yaradılacaq.