PAYLAŞ

GƏZMƏLİ 5 YER

Dünyada gəzilib-görüləsi gözəl yerlər çoxdur. Bu gün sizə turistlərin sevdiyi, məşhur 5 məkandan danışacağam.

1. “WİSTERİA” TUNELİ, YAPONİYA

Wisteria, Yaponiya
Wisteria, Yaponiya

Wisteria” tuneli “Kawachi Fuji Gardens”-də yerləşir. Yaponiyanın Kitakyuşu şəhərində olan bu möhtəşəm bağ görənləri heyrətə salır. Bir-birindən gözəl qoxulu çiçəklər turistlərin xoşuna gəlir. Dünyanın ən gözəl tuneli seçilən bu yer aprelin ortalarından çiçəklər açmağa başlayır.

2. CİNQUE TERRE, İTALİYA

Cinque Terre, İtaliya
Cinque Terre, İtaliya

İtaliyanın şimalındakı “The Cinque Terre” 1997-ci ildən bəri UNESCO-nun mədəni irs siyahısındadır. İtalyan dilindən tərcümədə “beş kənd” mənasını verir. Dənizə tərəf dik şəkildə uzanan, terraslı təpələrin ətəyində qurulmuş beş kənddən ibarət olan bu yer turistlərin sevimli məkanıdır.

3. HOTEL LA MONTANA MAGİCA, ÇİLİ

Hotel La Montana Magica
Hotel La Montana Magica

Nağıllar aləmini xatırladan, möhtəşəm təbiəti ilə şəlalə kimi görünən otel yanardağ kimi inşa edilib. Lakin lava əvəzinə su püskürür. Burada eyni zamanda təbii qaynaq suları da  var.

4. “THE CROOKED FOREST”, POLŞA

Crooked Forest, Polşa
Crooked Forest, Polşa

Crooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir. Bu meşədə yerləşən təxminən 400-ə yaxın şam ağacı 90 dərəcə əyilərək böyüyür.  Sakinlər buradakı ağacların 10 yaşından sonra naməlum səbəbdən əyildiyini deyirlər. Bir çox araşdırmalara səbəb olan bu meşənin sirri hələ də bilinmir.

5.SEVGİ TUNELİ, UKRAYNA

Tunnel of Love, Ukrayna
Tunnel of Love, Ukrayna

Böyük ağacların sardığı bu tunel Ukraynanın Kleven şəhərindədir. Daha çox cütlüklərin seçimi olan yer buna görə “sevgi tuneli” adlanır və dünyanın ən gözəl yerləri arasındadır.