Ev Turizm Xəbərləri Turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqi açıqlanıb

Turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqi açıqlanıb

Turistlər

Ümumdünya İqtisadi Forumunun (WEF) mütəxəssisləri “Səyahət və Turizm Rəqabətliliyi 2019” hesabatı çərçivəsində dünyada turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqini dərc edib.

Siyahının ilk pilləsində 6,7 balla Finlandiya qərarlaşıb. Reytinqin ikinci və üçüncü yerlərini isə İslandiya (6,5 bal) və Oman (6,5 bal) bölüşürlər.

Təhlükəsizliyin qiymətləndirilməsi zamanı polisin etibarlılığı yoxlanılıb. Terror hadisələrinin yayılması, qətllərin səviyyəsi, cinayət və zorakılıq kimi meyarlar nəzərə alınıb.

Reytinqin ilk onluğuna İsveçrə (6,4 bal), Honkonq (6,4 bal), Sinqapur (6,4 bal), BƏƏ (6,3 bal), Lüksemburq (6,3 bal), Portuqaliya (6,3 bal) və Yeni Zelandiya (6,3 bal) yer alıb.

Azərbaycan sözügedən siyahıda 5,9 balla 38-ci pillədə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə postsovet ölkələrindən yalnız Estoniya (6,2 bal), Gürcüstan (6,0 bal) və Litvadan (5,9 bal) geridədir. Belə ki, Estoniya siyahıda 12-ci, Gürcüstan 25-ci, Litva isə 37-ci pillədədir.

Ermənistan (5,8 bal) reytinqdə 40-cı, Latviya (5,8 bal) – 42-ci, Tacikistan (5,6 bal) – 60-cı, Qazaxıstan (5,6 ball) – 63-cü, Moldova (5,5 ball) – 67-cidir. Qırğızıstan (5,2 bal) – 96-cı, Rusiya (5,1 ball) – 98-ci, Ukrayna (4,8 ball) – 107-ci olub.

İran 5,4 balla siyahının 74-cü pilləsində, Türkiyə isə 4,3 balla 125-ci pillədə qərarlaşıb.

Turistlər üçün ən təhlükəli ölkələr arasında isə Salvador (3,0 bal – 140-cı yer), Nigeriya (3,1 bal – 139-cu yer), Yəmən (3,2 bal – 138-ci yer), Venesuela (3,3 bal – 137-ci yer) və Honduras (3,6 bal – 136-cı yer) yer alıb.

Qeyd edək ki, ümumiyyətlə, reytinqdə 140 ölkə yer alıb.