Ev Turizm Xəbərləri Turistlərin ən çox getdiyi şəhərlər

Turistlərin ən çox getdiyi şəhərlər

Honq Konq dünyada turistlərin ən çox baş çəkdiyi şəhərdir. “Euromonitor International” market tədqiqatları şirkətinin açıqladığı reytinqdə belə deyilir.

Bu il Honq Konqa 25,7 milyon turistin baş çəkəcəyi gözlənir.

100 şəhərin yer aldığı siyahı Asiya turizmindəki artımı üzə çıxarıb.

Ötən il Honq Konqa gedən turistlərin sayı 3,2 faiz azalıb. Bu, Çinlə gərginliyin artmasıyla izah olunur. Belə ki, Pekin bu əraziyə daha çox nəzarət etməyə can atıb.

Ancaq “Euromonitor” bu azalmanın qısamüddətli olacağını, artımın yenidən sürət götürəcəyini bildirir. 2025-ci ilədək Honq Konqa gedən turist sayının ilə 45 milyona çatacağı gözlənir.

Honq Konqdan fərqli olaraq, Tailandın paytaxtı Banqkoka səfər edənlərin sayı artıb. Bu, daha çox Çindən ilk dəfə gələn səyahətçiləri hədəfləyən tur-paketlərlə izah olunur. Banqkoka səyahət sayı 9,5 faiz artıb. 21,3 milyon nəfərə çatıb.

London isə 19,8 milyon turistlə üçüncü yerdə qərarlaşıb.

2017-ci ildə Londona səfərlər 3,4 faiz artıb ki, bu, əsasən, ölkə ötən il Avropa Birliyindən çıxmağa səs verəndən sonra funt-sterlinqin 15 faiz ucuzlaşmasıyla yozulur. Britaniyanın bahalı yer olması fikri dəyişdikcə, səyahət edənləri də çoxalıb.

İlk onluğa Sinqapur, Makao, Dubay, Nyu-York, Şençjen və Kuala-Lumpur da düşüb.

Rusiyanın Moskva şəhəri 100 ölkə içində 46, Sankt Peterburq 70-ci yerdədir.