PAYLAŞ
turizm

Assosiasiyanın əldə etdiyi məlumata əsasən, şirkətin keçmiş əməkdaşı Nərgiz Məmmədova “InTravel Az” şirkətinin adından sui-istifadə edib. Rəhbərliyin və şirkətin xəbəri olmadan saxta tur paketlərin satışını həyata keçirib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycan turizm bazarında baş verən son saxtakarlıq olayı ilə bağlı açıqlama yayıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sosial şəbəkələrdə bir neçə şəxsin “InTravel Az” şirkəti tərəfindən aldadılması və onlara saxta tur paketlərin satılması məsələsini araşdırıb. Assosiasiyanın əldə etdiyi məlumata əsasən, şirkətin keçmiş əməkdaşı Nərgiz Məmmədova “InTravel Az” şirkətinin adından sui-istifadə edərək rəhbərliyin və şirkətin xəbəri olmadan saxta tur paketlərin satışını həyata keçirib. Adı çəkilən xanım ayrı-ayrı şəxslərdən ofisdən kənar ərazilərdə görüşərək ödəmələr toplayıb. Artıq bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib və hal-hazırda araşdırma gedir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir daha vətəndaşların bu cür hallarla rastlaşmaması üçün diqqətli olmalarını söyləyib. Bütün sənədlərinin qaydasında olmasına diqqət yetirmələrini tövsiyə edib.