Ev Turizm Xəbərləri Turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar işçi qrup yaratdı

Turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar işçi qrup yaratdı

Turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) tərəfindən pandemiya dövründə turizm bərpası üçün çalışılır. Sentyabrın 4-də inkişaf etdirilməsi məqsədilə işçi qrupu yaradılıb.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, əldə olunan razılığa əsasən, assosiasiyaların işçi qrupu hazırkı vəziyyətdə turizm sahəsində problemlərin dərindən təhlil edilməsi üçün çalışır. Həlli yollarının tapılması üçün yeni təkliflər üzərində çalışaraq böhrandan çıxış yollarını araşdırır.

Tərəflər, həmçinin koronavirus pandemiyası (COVID-19) nəticəsində turizm şirkətlərinin, hotellərin və bələdçilərin üzləşdiyi çətinliklərdən danışıb. Turizm sahəsinin bərpasında və inkişafında assosiasiasiyalar arasında əməkdaşlıq inkşaf etdirilib. Eləcə də birgə fəaliyyət imkanları ətrafında müzakirələr aparıb.

Assosiasiya rəhbərləri pandemiya (COVID-19) dövründə göstərilən turizm xidmətlərində vətəndaş sağlamlığının prioritet olduğunu bildirib. Pandemiyadan sonrakı fəaliyyətlərində də yeni çağrışlardan irəli gələrək birgə əməkdaşlığın vacib olduğunu bildiriblər.