PAYLAŞ

Turizm xidmətlərinin dövriyyəsi artıb

2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 5,7 milyard dollar təşkil edib.

Gezmeli.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-dekabr ayları ərzində turizm xidmətləri üzrə profisit 2016-cı illə müqayisədə 1,6 dəfə artaraq 353,4 milyon dollar olub.

Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 219.4 milyon dollar  təşkil edib. 2017-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.7 milyard dollar məbləğində olub. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin  payına düşür (2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşların sayı 4% azalıb).