Ev Gəzməli yerlər Gəzəyənlər Turizmdən ən çox asılı olan şəhərin adı açıqlanıb

Turizmdən ən çox asılı olan şəhərin adı açıqlanıb

Kankun şəhəri

Meksikanın Kankun şəhəri turizmdən ən çox asılı olan şəhər seçilib.

Turizm və Səyahətlər üzrə Ümumdünya Şurasının (“WTTC”) yaydığı məlumata istinadən v erdiyi xəbərə görə, Kankun şəhərinin turizmdən gəliri ÜDM-nin 49,6 faizini təşkil edir.

Qeyd edək ki, Kankun 1972-ci ilə qədər adi kənd olub və sonra şəhəri məşhur kurorta çeviriblər. Şəhərə gedən turistlərin 63 faizi ABŞ vətəndaşlarıdır.

“WTTC”nin siyasında 2-ci yerdə Mərakeş şəhəri qərarlaşıb. Bu şəhərin turizmdən gəliri ÜDM-nin 30,2 faizini təşkil edir. Mərakeşə gələn turistlərin təxminən 33 faizi Fransa vətəndaşlarıdır.

Reytinqin 3-cü pilləsində Makao qərarlaşıb. Makaonun turizmdən gəliri ÜDM-nin 29,3 faizini təşkil edir.

İlk onluğa həmçinin ABŞ-ın Orlando şəhəri (ÜDM-nin 18,7 faizi), Türkiyənin Antalya şəhəri (ÜDM-nin 17,6 faizi), Venesiya, Dubrovnik, Dubay, Las-Veqas və Banqkok daxil olublar.