Ev Turizm Xəbərləri Turizmin inkişafı kiçik biznes və məşğulluğun genişlənməsinə müsbət təsir göstərir

Turizmin inkişafı kiçik biznes və məşğulluğun genişlənməsinə müsbət təsir göstərir

Turizm

Ekspertlər hesab edir ki, bu sahədə sahibkarlarayaşıl işıq yandırılmalıdır Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cüillərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilininyekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransdaiştirak edib. Prezident giriş nitqində söyləyib ki, keçən il iqtisadi sahədə yaxşınəticələr əldə edilib: “Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlaryolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki buislahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmiziniqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərinhəllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasiislahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, dahadoğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir.

Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüşsiyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəmqoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm də siyasi sahədə aparılanislahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çoxciddi struktur və kadr islahatları aparılıb”.


Daha sonra isə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həyatakeçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildəölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım proseslərisürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.


Nazir nitqinin davamında iqtisadiyyatın əsas sütunlarından olanturizm sahəsinin kiçik biznes və məşğulluğun genişlənməsinə göstərdiyi təsirdəndə danışıb: “Kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradanamillərdən biri də turizm axınıdır. Turizm gəlirlərinin əhəmiyyətli dərəcədəartırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçikmehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialınınmaksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və havanəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”.


Əslində, M.Cabbarovun qeyd etdiyi nüanslar illərdir ki, müzakirəedilir və əsas prioritet işlərdən sayılır. Amma nədənsə qeyd edilənlərin həyatakeçirilməsi ləngiyir və ya müəyyən səbəblər buna əngəl törədir. Maraqlıdır,ekspertlər bu mövzuda nə düşünürlər?
Turizm üzrə ekspert Əhməd Qurbanovun sözlərinə görə, statistikaya baxdıqda, turizm əvvəlki illə müqayisədə kifayət qədər inkişafedib: “Bunu isə ölkəmizi ziyarət edən turistlərin sayının 3 milyonu keçməsi iləəlaqələndirmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, turizmdə daiminkişaf gedir. Amma bir məsələni də etiraf etmək lazımdır ki, turizmi inkişafetdirmək üçün yalnız 5, 4, 3, 2 ulduzlu otellər yox, həmçinin kiçik hostellərinsayını artırmaq lazımdır. Ona görə ki, hər seqmentdən olan turistlər ölkəmizinturizm potensialından, xidmətindən istifadə edə bilsin. Düşünürəm ki,maarifləndirmə işini bir az geniş şəkildə aparmaq lazımdır. Kiçik biznessahibləri ilə görüşümüz zamanı onlara investisiyalarını daha aşağı ulduzluotellərə yatırmağı məsləhət görürük. Çünki bu, turist axınını daha dasürətləndirəcək. Düşünürəm ki, bu işi genişləndirmək üçün daha çox təşviqediciişlər görmək lazımdır. Məsələn, vergidə müəyyən güzəştlərin tətbiq edilməsi,torpaq sahələrinin verilməsi və s. kimi tədbirlər görülə bilər. Otellərinsayında artım məşğulluğun da genişlənməsi deməkdir. Çünki istər-istəməz, həminotellərdə çalışacaq kadrlara ehtiyac olacaq. Ekoturizmə gəlincə isə, etirafetməliyik ki, elə də yüksək səviyyədə inkişaf etməyib. Amma potensialı böyükolan turizm sahəsidir. Keçən ildən başlayaraq Ekologiya və Təbii SərvətlərNazirliyinin göstərişi ilə ölkəmizdə milli parklar qapılarını turistlərəaçdılar. Bu sahədə ciddi quruculuq işləri gedir. Məncə, bu ilin yayından başlayaraqhəmin milli parklara, qoruqlara turist səfərləri genişlənəcək. Bütün bunlardeməyə əsas verir ki, cari ildə turistlərin ölkəyə gəlməsində inkişafgözlənilir. Xidmət keyfiyyətinin də yüksəldilməsi üçün kadr hazırlığına xüsusiönəm vermək lazımdır. Hava nəqliyyatı ilə bağlı da onu qeyd edim ki, AZAL keçənildən səmanı bütün ölkələrə açdı və bu da onu göstərir ki, bu il müxtəlifölkələrdən gələn turistlərin sayı daha da artacaq”.


AzərbaycanTurizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov işin kökündə maariflənmənindayandığını bildirir: “Bunun üçün ilk olaraq regionlarda ucuz otellər inşaolunmalı, həmin otelləri inşa edən sahibkarlara güzəştlər edilməlidir.Sahibkarların bu sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradılmalı vəyaşıl işıq yandırılmalıdır. Bundan başqa, sağlam rəqabət sistemiformalaşdırılmalıdır. Eyni zamanda bu sahədə çalışan kadrlara xüsusi treninqlərkeçmək lazımdır. Bu, xidmət sektorunun inkişafına müsbət təsir edər. Yerlimütəxəssislərin işə cəlb edilməsi ilə istənilən nəticəni əldə etmək olar”.