Otellər ulduz sayına görə adambaşına gündəlik əlavə vergi ödəməli olacaq. 5 ulduzlu otellər bu dəfə daha çox ödəməli olacaqlar
BAKI, 2 noyabr — Sputnik. Türkiyədə otellər ulduzlarına görə əlavə vergi ödəyəcək. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu vergi 5 ulduzlu otellərdə gündəlik olaraq adambaşına 18 TL (5.50 AZN) olacaq. 4 ulduza görə otellər adambaşına olaraq 12 TL (3.50 AZN) ödəyəcəklər. 3 ulduzlu otellər isə buna görə gündəlik olaraq adambaşına 9 TL (2.67 AZN), 2 və 1 ulduzlu otellər, motellərqonaqlama üçün əzərdə tutulan mənzil və düşərgələr isə buna görə 6 TL (1.60 AZN) vergi verməli olacaqlar.
Lakin 12 yaşından kiçik olan uşaqlara görə heç bir vergi alınmayacaq.
Qeyd edək ki, bununla bağlı olaraq artıq Türkiyə Böyük Millət Məclisində Plan və Büdcə Komissiyası tərəfindən layihə qəbul olunub. Lakin müzakirələr birmənalı qarşılanmayıb. Belə ki, komissiyanın üzvləri verginin yüksək olmasını deyiblər. Komissiya üzvləri bildiriblər ki, belə olan halda onlar qonaqların otellərdən mənzillərə qaçmasını təşviq etmiş olacaqlar. Lakin millət vəkili Camal Öztürk isə bu ənənənin artıq başqa ölkələrdə mövcud olduğunu deyib: “Biz köhnə bazara təzə nırx qoymuruq. Fransada bu cür vergilər ən azı 10 avrodur. Artıq Rusiyada, Yunanıstanda da bu təcrübə yaradılıb. Bizim ölkədə də buna ehtiyac var“.