Ev Turizm Xəbərləri Türkiyə və Rusiya aviareysləri bərpa edir

Türkiyə və Rusiya aviareysləri bərpa edir

Hava limanı

Türkiyə və Rusiya iyulun 15-dən etibarən iki ölkə arasında uçuşların bərpa edilməsinə dair razılığa gəlib.

Gezmeli.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib: “Bu gündən etibarən Rusiya ilə uçuşlara başlamaq barədə razılığa gəldik”.

Nazir bildirib ki, 11 iyundan etibarən 31 ölkə ilə uçuşların yenidən başladılması ilə yanaşı 20 ölkə ilə də danışıqlar aparılıb. Rusiyanın da siyahıya daxil olması ilə uçuşların başladıldığı ölkə sayı 32-yə çatıb.

Qeyd edək ki, bir müddət əvvəl hər iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutmuşdu. Regional məsələlərlə yanaşı, turizmin bərpası da müzakirə olunmuşdu.