Ev Turizm Xəbərləri Türkiyədən hansı maraqlı hədiyyələr gətirə bilərik?

Türkiyədən hansı maraqlı hədiyyələr gətirə bilərik?

Hədiyyələr

Hamı Türkiyəyə səyahətə gedənlərdən hədiyyə gözləyir. Turistlər adətən istirahətdən həzz alırlar, hədiyyə seçimini isə sonuncu günə saxlayırlar. Sonra da şəhəri başdan-başa gəzərək 20 nəfərlik hədiyyə seçməyə çalışırlar. Nəticədə, qohumlara kiçik maqnitlər alınır. Pul xərclənib, ortada isə gözəgəlimli hədiyyə yoxdur.

“Yandeks.Dzen” portalı xəbər verir ki belə vəziyyətlərdə orijinallıq nümayiş etdirməyi, maraqlı və lazımi hədiyyə tapmağı təklif edir.

Xanımlar üçün

Əgər qadın qəhvə içməyi və yemək hazırlamağı sevirsə, o zaman ona hədiyyə seçmək çox asandır. Paslanmayan materialdan olan qəhvə dəstlərini alın (onlar çox davamlıdır). Türkiyədə ənənəvi naxışlarla olan ucuz keramika malları isə Kütahya və İznikdə satılır.

Qohum və qonşu qızları üçün

Dəsmallar, hamam ləvazimatları və təbii sabun! Bahalı olmayan bu hədiyyələr onların çox xoşuna gələcək.

Türkiyədə istehsal edilən sabunlar həqiqətən də dəriyə yaxşı təsir edir. Keyfiyyətli su ilə birləşəndə o, canlandırır və gümrahlaşdırır. Yaxşı olardı ki, seçiminizi boyasız sabunlarda dayandırasınız. Təbiilikdən daha yaxşı nə ola bilər? Sabun parçalarının qiyməti 5 lirədən başlayır, hər yerdə tapmaq mümkündür.

Hədiyyə qismində türk örtükləri də aktualdır. Onlardan hər yerdə – çimərlikdə, interyerdə istifadə etmək olar. İstanbulun Taksim rayonunda Qalata qülləsinin yanında 25-30 lirəyə əldə edə bilərsiniz.

Kişilər üçün

Əgər kişi yumoru sevirsə, o zaman türk papağı – qırmızı məxmərdən olan fəs və qızılı saplarla işlənmiş jilet onun xoşuna gələcək. Bir də şərqsayağı uzunburun dəri çarıqlar da hədiyyə edə bilərsiniz.

Əziz həmkarlar üçün

Onlar üçün kiçik maqnitlər hədiyyə aparmağa ehtiyac yoxdur. Əgər maliyyə imkan vermirsə, o zaman açıqca sadə həll yoludur. Ofis əməkdaşları üçün İstanbulda, Taksim rayonunda hər cür hədiyyə – ənənəvi və mənalı şəkillər tapmaq olar.

Ata və baba üçün

Ata və babaya nə isə xüsusi bir hədiyyə lazımdır. Bizə elə gəlir ki, kududan hazırlanmış, altlığı, lüləyi, qapağı metaldan olan səhəng və lampaları onlar bəyənəcəklər.

Əslinə tam uyğun olan bu lampalar çox aktualdır. Əlbəttə bunlar hər addımda satılmır. Lakin diqqətli olsanız, onları tapa bilərsiniz.

Şirniyyat xoşlayan balacalar üçün

Türk şirniyyatlarına gəlincə, yaxşı olar ki, təbii şirniyyatları alasınız. Məsələn, “Tugba” şirkəti fındıq, püstə, qoz, ərik qurusu, əncirdən bu cür məhsullar hazırlayır.

Yaxşı olardı ki, siz təbii şirə ilə hazırlanmış rahatluqum tapasınız. Lakin Türkiyədə şirniyyatların çoxuna əlavələr edilir. Deyirlər ki, avropalılar hələ də “Turkish delights” hazırlamağı öyrənməyiblər. Türkiyədən kənarda dadına baxdığımız isə sadəcə, rahatluquma bənzədilən şirniyyatdır.

Dəblə geyinən rəfiqələr üçün

Adətən rəfiqələr Türkiyədən üzün dərisinə qulluq vasitələri, kremlər, maskalar gözləyirlər. Bunlardan orada boldur. Təbii dəniz çəhrayı duzu, yaxud “Farmasi” kremlərindən almaq olar. Yeri gəlmişkən, bu şirkətin dodaq boyaları da bəyəniləndir.

Flormar” dekorativ kosmetikası da uyğun gələ bilər. Göz kölgələri də yaxşıdır, keyfiyyətinə görə “Oriflame” və “Avon” səviyyəsindədir. Konsilerlərinə isə söz ola bilməz.