Ev Turizm Xəbərləri Üç milyon il yaşı olan “Oylat” mağarası

Üç milyon il yaşı olan “Oylat” mağarası

Oylat Mağarası

Üç milyon il yaşı olan “Oylat” Türkiyənin ikinci ən böyük mağarasıdır. Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda yerləşən mağaranı hər gün onlarla turist ziyarət edir.

AZƏRTAC xəbər verir ki, uzunluğu 750, eni isə 95 metr olan mağarada bütün fəsillərdə havanın temperaturu hər zaman 18 dərəcə olaraq qalır. Burada rütubət 90 faiz təşkil edir.

Mağaranın əvvəli ilə sonu arasındakı hündürlük fərqi təxminən 40 mərtəbəli binaya bərabərdir. Bu tarixi yerin ən vacib xüsusiyyətlərindən biri isə astma və bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin nəfəs almasında rahatlıq yaratmasıdır. Belə ki, adi şəraitdə bir neçə pilləkən çıxmaqda çətinlik çəkən şəxslər buradakı 500 pilləkəni rahatlıqla çıxa bilirlər.

Xüsusi rənglərlə işıqlandırılan mağara kino effektini xatırladır.