Ev Gəzməli yerlər Uçuş zamanı pilot yuxuya gedə bilərmi?

Uçuş zamanı pilot yuxuya gedə bilərmi?

Təyyarələrlə bağlı sizin də beyninizdə maraqlı suallar olur?

Boynuma alıram, mən bu haqda çox düşünürəm. Xüsusən də səyahət öncəsi ? Məsələn, pilot kabinindən görüntü necə olur, təyyarədə verilən yeməklər uçuşdan neçə saat öncə alınır, yüksəklik qorxusu olan pilot varmı və s. Elə suallar var ki, müasir dövrdə onlara internetdən cavab tapmaq olur. Ancaq səni daim düşündürən, cavabsız suallar da olur.

Məsələn, havada olarkən içkilər niyə daha dadlı olur? Pilotlar uçuş zamanı yuxuya gedə bilərlərmi?

HAVADA İÇKİLƏRİN DADI BİR BAŞQA LƏZZƏTLİ OLUR

İçki

Triponline.az saytının bununla bağlı maraqlı yazısı var. Gəlin birgə oxuyaq:

Sərnişinlərin təyyarədə niyə daha çox pomidor şirəsinə üstünlük verdiklərini düşünmüsünüzmü? Araşdırmalara görə, biz aşağı təzyiq şəraitində olduğumuz zaman (məsələn təyyarədə), duyğu orqanlarımızın hissiyatı kəskinləşir və bizə pomidorun şirin dadından tam zövq almağa imkan verir.

TƏYYARƏDƏ HAVA DAHA TƏMİZDİR?

Havalandırma

Təyyarə salonunda olan havanın çirkli və mikroblu olduğu barədə yalnış fikirlər var. Əslində isə təyyarədə olan hava nəfəs aldığınız ən təmiz havadır və təyyarələrdə olan filter sistemi keyfiyyətinə görə heç də klinika və xəstəxanalarda istifadə olunan sistemlərdən geri qalmır.

Pilotlar uçuş zamanı yuxuya gedə bilərlər

Bəli, düz oxudunuz. Uçuş zamanı pilotlar yuxuya gedirlər və bu düşündüyünüzdən çox olur. Bu, necə mümkündür? Avtomatik idarəetmə sistemi (avtopilot) və əlbəttəki ikinci pilot sayəsində ?