“Van Shopping Fest-2018”
“Van Shopping Fest-2018” Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva deyib.
35 Türkiyə şirkəti ilə Azərbaycana səfərə gəldiklərini deyən palata rəhbəri bildirib ki, şirkətlər arasında müxtəlif sektorun – inşaat, qida, sənaye və digər sahələrin nümayəndələr var.
N.Tavka qeyd edib ki, “Van Shopping Fest-2018″ gələn il martın 15-dən aprelin 5-dək Van şəhərində keçiriləcək. “Festivala bir çox ölkədən turistlər gələcək, o cümlədən Azərbaycan iş adamlarını və vətəndaşlarını da həmin tarixdə Vana dəvət edirik. Van şəhəri ilə Azərbaycan arasında turizm əlaqələri zəifdir. Van şəhərinin turizm potensialının yüksək olması, qədim Van gölünün sahilində yerləşməsi şəhərimizə turist axınını gücləndirir. Biz istərdik ki, həm Vanda, həm də Bakıda keçiriləcək Shopping Festivallara iki şəhərin sakinlərini cəlb edək. Xüsusilə Novruz bayramının hər iki şəhərdə yüksək səviyyədə keçirilməsi turizm əlaqələrimizin inkişafında mühüm rol oynamalıdır”, – deyə Necdet Takva bildirib.