Layihə rəhbəri Sitarə İbrahimbəyli bildirib ki, Xınalıqda ötən il ”vorkşop”lar keçirilib və bu il üçün daha böyük layihə etmək qərarına gəliblər: “2018-ci ilin noyabrından bu layihənin üzərində işləyirik. Bir ay əvvəldən tanınmış rəssamlar və memarların iştirakı ilə uşaqlara dərslər keçilib. Buradakı insanlar daha çox toxuculuqla və dağlardan müxtəlif bitkilər toplayıb satmaqla məşğul olurlar. Biz də onlara həmin bitkiləri toxuduqları məhsullarla birlikdə turistlərə təqdim etməkdə yardımçı olduq. Həmçinin, insanların dünya görüşünü artırmağa çalışdıq. Layihə çərçivəsində ingilis dili, teatr, foto dərsləri verilib. 12 uşağın iştirakı ilə foto müsabiqəsi keçirilib. Müsabiqə üçün çəkilmiş fotolar isə satışa çıxarılıb. Eyni zamanda, bəzi kənd sakinlərinə müxtəlif növ bəzək əşyalarının düzəldilməsi öyrədilib. Burada yaşayan uşaqlar bugünədək teatr və səhnənin nə olduğundan xəbərsiz idilər. “VarYox” komandası olaraq, onlara bununla bağlı da dərslər keçildi. Üç gün davam edəcək tədbirdə onlar da öz məharətlərini nümayiş etdirəcəklər. Bundan əlavə, yoqa, meditasiya “vorkşop“ları və açıq havada kino nümayişi təşkil olunub”.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Şifrəni unutmusan? kömək almaq
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.