Ev Turizm Xəbərləri “Viza üçün 350 dollar rüsum turizmin inkişafına birbaşa əngəldir” – İqtisadçı

“Viza üçün 350 dollar rüsum turizmin inkişafına birbaşa əngəldir” – İqtisadçı

Viza

Ötən həftə Parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi olub.

Open.az xəbər verir ki, iqdisadçı Vüqar Bayramov dövlət rüsumların artırılmasının iqtisadi əsasları barədə sualları cavablayıb.

O bildirib ki, bu layihədə diqqəti cəlb edən bir sıra məqamlar var: “Əvvəlla, 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Maraqlıdır ki, turizimin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş viza üçün izah edilməsi çətin olan məbləğdə rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda, biz müddəti 2.5 dəfə az olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif ediirik. Bu təbii ki, turizmin inkişafına birbaşa əngəldir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0.1 faiz artım olub. Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarını izah olunması mümkün deyil. Bu rüsumdan dövlət büdcəsinin də ciddi qazancı olmayacaq. Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək”

İqtisadçı məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3 000 manat rüsum təklif olununmasından da danışıb.

Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya və ya güzəştli kredit təklif edir, Biz isə yüksək rüsumlar ilə yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki, məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik. Nəzarətin artırılması ilə belə müəssisələrin sayının çoxalması bu sahədə daha keyfiyyətli xidmətin təklif olunmasına imkan yarada bilər“, – deyə iqtisadçı bildirib.

Qeyd edək ki, Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib. Çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları müəyyənləşdirilib.