Ev Gəzməli yerlər Gəzəyənlər Yanvar ayında Kapadokyanı 123 min 244 turist ziyarət edib

Yanvar ayında Kapadokyanı 123 min 244 turist ziyarət edib

Kapadokya

Türkiyənin Pəribacaları, Qaya kilsələri, yeraltı şəhər məskunlaşmaları və bir sıra digər tarixi yerləri vardır. Ən əhəmiyyətli mədəniyyət və turizm mərkəzlərindən olan Kapadokyanı bu ilin ilk ayında 123 min 244 yerli və xarici turist ziyarət edib.

Kapadokya

Nevşəhər valiliyinin yaydığı məlumata görə, Kapadokyaya gələn turistlərdən 56 min 807-si “Görəmə” açıq səma altında muzeyini ziyarət edib. Digər 26 min 970-i “Qaymaqlı” yeraltı şəhərini, 18 min 748-i isə “Dərinquyu” yeraltı şəhərini ziyarət edib.

Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə Kapadokyaya 102 min 540 yerli və xarici turist gəlib.