Ev Yerlər Gecə həyatı Yaşayış üçün ən yararlı şəhər seçildi

Yaşayış üçün ən yararlı şəhər seçildi

Yaşayış üçün ən yararlı şəhər artıq məlumdur.

Avstraliyanın Melburn şəhəri yaşayış üçün ən yararlı şəhər adına sahib çıxıb.

“Economist Intelligence Unit” təşkilatının apardığı araşdırmaların nəticələrində belə göstərilir.

Belə ki, təşkilatın ekspertləri bir sıra kateqoriyalar üzrə 140 yaşayış məntəqəsini qiymətləndirib. Xüsusilə səhiyyə, ekoloji şərait, təhsilin vəziyyəti kimi meyarlar nəzərə alınıb. Nəticədə ilk “onluq”dakı şəhərlərdən 6-nın Avstraliya və Kanadada yerləşdiyi məlum olub.

Sıralamada ikinci yerdə Vyana (Avstriya), üçüncü sırada isə Vankuver (Kanada) qərarlaşıb.

Yaşayış üçün ən yararlı şəhərlərin “Top-10″luğuna daxil edilən digər şəhərlər isə bunlardır: Toronto, Kalqari (hər ikisi Kanada), Adelaide, Pert (hər ikisi Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).