Ümumdünya Turizm Təşkilatının Baş katibi Azərbaycanı təbrik edib.
Gezmeli.az Buta.ws istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili 18 oktyabr – Milli Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
Zurab Pololikaşvili bu haqda tvitter hesabında paylaşım edib. O bu çətin vaxtlarda Azərbaycan xalqına ən isti sülh və firavanlıq diləklərini çatdırdığını qeyd edib.
Məlumdur ki, yeni növ koronavirus bir çox gəlir sahələrinin ümumi qazancını demək olar ki, sıfıra endirib.
Ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi olub. Hazırda bir çox sahələrdə yumşalmalar olsa da, turizm sahəsində ciddi dərəcədə yumşalmalar müşahidə edilmir.
Belə nəticəyə gəlirik ki, 2020-ci il turizm üçün itirilmiş il hesab edilir.
Bu sahə gəlirlərini neçə ilə bərpa edə bilər? Gözləntilər nədir?
Mövzu ilə bağlı Cebhe.info-ya da danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünya üzrə araşdırmalar onu göstərir ki, ən optimist ssenari üzrə dünya turizmi 2019-cu il səviyyəsinə 2022-ci ildə gələ bilər:
“Proqnozlara görə, gələn il də turizm sahəsi üçün ağır il olacaq. Pessimist ssenariyə görə, 4 ildən sonra turizm sahəsinin 2019-cu il səviyyəsinə qayıdacağı gözlənilir. Bu hesablamalar ən ağır ssenarini nəzərə alaraq aparılıb. Ümumdünya Turizm Təşkilatı tərəfindən bu yaxınlarda hesabat yayımlanıb. Azərbaycan da təbii ki, dünyada gedən proseslərdən kənarda qala bilməz. Turizmin yenidən işə düşməsinin əsas səbəbi virusla bağlı məsələnin dünya üzrə həllinə doğru gedilməsi ilə ola bilər. Yəni sərhədlərin açılması, aviareyslərin bərpa olunması”.
Ekspert qeyd edib ki, hətta gələn ilin əvvəllərində belə turizm sahəsinin əvvəlki fəaliyyətinə qayıtması ilə bağlı ciddi addımların, gəlişmələrin olması ehtimalı çox aşağıdır:
“Dünyanın ən çox sərnişin daşıyan avia şirkətlərindən biri olan “Low cost” şirkəti noyabrın 1-dən mart ayının 1-dək reyslərini 50%-ə qədər azaldacağı ilə bağlı qərarı dünən açıqlayıb. Bu onu göstərir ki, onlar öncədən proqnozlaşdırıblar, bron edilmiş biletləri hesablayıblar. Görürlər ki, insanların uçuşlara marağı azalıb. Ona görə də öz uçuşlarını 50% azaltmaqla bağlı qərar veriblər.
Ümumilikdə bu tendensiya davam edəcək. Çox güman ki, virusla bağlı hər hansı bir pozitiv gəlişmə olarsa, yəni vaksinin tapılması, yaxud da geniş yayılması insanların vaksinasiyadan keçməsi, vaksinin daha ciddi effekt verməsi ehtimalı- bütün bunlar nə qədər tez olarsa, turizmin inkişafı, turizmin açılması ilə bağlı qərarlar da bir o qədər tez olacaq.
Düşünürəm ki, gələn il də dünyada turizm üçün o cümlədən Azərbaycanda da turizm üçün çox çətin, ağır illərdən biri olacaq. Yəni 2020-ci ilin davamı kimi 2021-ci ildə də bu proseslərin getməsini gözləyirəm. Hətta virusla bağlı pozitiv dəyişiklik olsa belə, insanların davranış qaydalarında uzun müddət virus qorxusu, yoluxma qorxusu qalacaq. Ona görə də insanların səyahət alışqanlıqlarının dəyişəcəyini düşünürəm”.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim həyata keçirib. Eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
2020-ci ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 18,1 faizi Türkiyə, 8,3 faizi İran, 2,1 faizi Ukrayna,1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, 1,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,7 faiz olmaqla Özbəkistan, İraq və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7 faizini kişilər, 21,3 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Çindən gələnlərin sayı 14,0 dəfə, Cənubi Koreyadan – 12,2 dəfə, İsraildən – 9,2 dəfə, Polşadan – 9,0 dəfə, Yaponiyadan – 8,8 dəfə, İraqdan – 8,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,8 dəfə, Macarıstandan – 7,2 dəfə, Omandan və ABŞ-dan – 6,4 dəfə, Kanadadan və Birləşmiş Ərəb Əmirliklərindən – 6,3 dəfə, Fransadan – 5,7 dəfə, Almaniyadan və Türkmənistandan – 5,2 dəfə, Qətərdən – 5,1 dəfə, Niderlanddan – 5,0 dəfə, Böyük Britaniyadan – 4,9 dəfə, Qazaxıstandan – 4,5 dəfə, Pakistandan – 4,4 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfəri təşkil edib. MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,0 faizi dəmir yolu və avtomobil, 28,7 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1073,4 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi İrana, 27,7 faizi Gürcüstana, 19,5 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,5 dəfə azalıb. Həmçinin Gürcüstana gedənlərin sayı 4,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,5 dəfə azalıb.
2020-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 76,7 faizi dəmir yolundan istifadə edib. Avtomobil, 20,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Ümumiyyətlə, sovet dövründə müstəqilliyin ilk illərinə qədər Qarabağ marşrutu çox böyük bir populyarlıq qazanmışdı.
Gezmeli.az Milli.Az-a istinadən xəbər verir ki bunu turizm eksperti Ruslan Quliyev deyib.
Ekspert bildirib ki, İpək Yolu layihəsi çərçivəsində də bu Qarabağ marşrutunu çox gözəl bir şəkildə təqdim etmək olar:
Qarabağ
“Qarabağ marşrutu ümumittifaq marşrutları içərisində postsovet və sosialist məkanında ən intensiv realizə olunan, Azərbaycanda tətbiq olunan marşrutlar içərisində də ən əsrarəngiz və maraqlı marşrutlardan biri idi. O illər ərzində milyondan artıq insan bu marşrutdan istifadə etmişdi. Əlbəttə, 1991-ci ildən sonrakı dövrdə Qarabağ müharibəsinin başlanması, məcburi köçkünlərin öz yurd-yuvalarından olması, o mərkəzlərin qəsb olunması bu marşrutun 30 il müddətində aktuallığını itirməsinə gətirib çıxardı.
Hər zaman erməni provokasiyaları ilə qarşılaşırdıq. Dünya sərgilərində Qarabağı ayrı bir stend kimi qoyurdular və bununla bağlı əlaqədar təşkilatlara biz müraciət edirdik. Qarabağın kənd təsərrüfatı baxımından da iqtisadiyyata verəcəyi töhfələr əvəzsizdir. Bu baxımdan da turizm marşrutlarında buna yeni bir nəfəs verilməsi çox vacibdir. Burada həm ekoloji marşrutlar, həm dini turizm, həm mədəni turların və sanator-kurort turların təşkil olunması baxımından inşallah inanırıq ki, ölkə turizm sənayesi yeni bir təqdimatla bunu dünya ölkələri arasında tətbiq edəcək və ən maraqlı marşrut sırasına daxil olacaq. İpək Yolu layihəsi çərçivəsində də bu Qarabağ marşrutunu çox gözəl bir şəkildə təqdim etmək olar”.
Gezmeli.az xəbər verir ki “RİA Novosti” bu barədə BMT (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Antonio Quterreşin açıqlamasına istinadla məlumat yayıb.
“Yer üzündə insanların hər on nəfərdən biri turizm sektorunda çalışır və bu sektor yüz milyonlarla insanın dolanışığını təmin edir”, – deyə Quterreş qeyd edib.
O, əlavə edib ki, pandemiya turizm sənayesini məhv edir.
Quterreş işçilərinin əsasını qadınların və gənclərin təşkil etdiyi mikro, kiçik və orta müəssisələrin xüsusilə risk altında olduğunu bildirib.
BMT-nin məlumatına görə, turistlərin sayı 2020-ci ildə ötən ilə nisbətən 58-78% azala bilər. Bu da ziyarətçi xərclərinin 2019-cu ildəki 1,5 trilyon dollar səviyyəsindən 310-570 milyard dollaradək azalmasına səbəb olacaq.
İtaliyada 90 min otel, turizm sektoruna aid ticarət obyekti, kafe, restoran və bar koronavirus böhranı ilə əlaqədar fəaliyyətlərini dayandırmalı olub. Əgər qarşıdakı aylarda dövriyyələrində yüksəliş olmasa, o zaman daha 600 min obyekti eyni aqibət gözləyir.
Gezmeli.az Sonxeber.az istinadən xəbər verir ki, bu məlumat İtaliyanın Milli Ticarət Assosiasiyası “Confesercenti” tərəfindən aparılan araşdırmada əksini tapıb. Araşdırmada qeyd edilib ki, turizm və qastronomiya sahəsində fəaliyyət göstərən yarım milyon müəssisə işçiləri ixtisara salmaq və onların iş saatını azaltmaq məcburiyyətində qalıb. Assosiasiyanın üzvləri arasında aparılan sorğunun nəticələrinə görə, turizm obyektlərinin artıq yeddi faizi iflasa uğrayıb, hazırda isə hər iki müəssisədən biri belə bir təhlükə ilə üz-üzədir.
Kafe, restoran və barlar artıq qarşıdakı payız mövsümünü qorxu ilə gözləyirlər. Havaların soyuması ilə açıq havada müştərilərə xidmətin mümkün olmayacağını nəzərə aldıqda, qapalı məkanlardakı müştərilərin sayı da əvvəlki səviyyədə olmaya bilər. Yuxarıda qeyd edilən müəssisələrlə yanaşı, asudə vaxtın təşkili, mədəniyyət və idman obyektləri də böhrandan əziyyət çəkir.
Assosiasiyanın məlumatına əsasən, Şimali İtaliya regionlarında vəziyyət Cənubi İtaliya ilə müqayisədə nisbətən yaxşı hesab edilə bilər.
Qeyd edək ki, turizm sektoru İtaliyanın ümumi daxili məhsulunun 13 faizini təşkil edir və hər il milyonlarla turist bu ölkəyə səfər edir.
“Bayrağımız Cəbrayıl şəhərində dalğalanır! Böyük iqtisadi və turizm potensialına malik, 81 min sakini olan Cəbrayıl rayonunun sahəsi 1 049.8 kvadrat metrdir. Rayonda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Keçmiş SSRİ dövründə şərab zavodu olan Cəbrayıl rayonunda hətta ötən əsrin əvvəllərində 21 sort üzüm yetişdirilib. İşğaldan əvvəl sözügedən rayon 60 min tondan çox üzüm yetişdirirdi. Rayonda 8 sənaye müəssisəsi var idi. 97 yaşayış məntəqəsi olan Cəbrayıl rayonu nadir xammal, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi ilə zəngindir”.
Cebhe.info xəbər ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
“Dəniz səviyyəsindən 434 metr yüksəklikdə yerləşən Cəbrayıl rayonu cəlbedici dağlıq ərazilər, 104 kəhriz və 99 bulaq ilə böyük turizm potensialına malikdir. İşğalçı erməni quldurlarının edtikləri dağıntılara rəğmən çoxlu sayda tarixi-dini abidələri olan Cəbrayıl rayonun xaricdən də turistlər cəlb etmək imkanı olacaq.
“Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir. Həmin məqrəbədə qədim yaşayış yerlərinin izləri indi qalmaqdadır”.
Göründüyü kimi, işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensialı var:
“Bu da ölkənin gələcək iqtisadi inkişafı baxımdan vacib şərtlərdən hesab olunur. Cəbrayıl rayonu 1993-cü ilin avqustunda işğal olundu. 27 il sonra, 2020-ci ilin oktyabrında isə şanlı ordumuz rayonu işğaldan azad etdi. Əminik ki, Cəbrayıl rayonu bu dəfə əbədi azadlığına qovuşdu! Qarabağ Azərbaycandır!”.
Səudiyyə Ərəbistanı Ticarət Palatası krallığın iş adamlarına Türk şirkətləri ilə iş birliyindən çəkinmələrini şiddətlə tövsiyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Palatanın rəhbəri Əclan əl-Əclan “Türk mallarını boykot etməyə” çağırıb: “Səudiyyə sahibkarları Türk şirkətləri ilə iş görməməlidir. Aydın şəkildə deyirəm: investisiya, idxal, turizm yoxdur!”.
Onun sözlərinə görə, krallıqda fəaliyyət göstərən türk şirkətləri ilə əlaqə qurmaqdan çəkinmək lazımdır.
Palata rəhbərinin qeyd etdiyi bu mövqe Ankaranın yürütdüyü düşmənçilik siyasəti və krallığa və hökmdarlarına qarşı təkrar təhqirlərə görədir.
Boykot çağırışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın əvvəllərində bir sıra Körfəz ölkələrini Türkiyəyə qarşı düşmənçilik siyasətində günahlandırmasından və hətta bu dövlətlərin yaxın gələcəkdə mövcudluğunu şübhə altına almasından sonra gəlib.
Ərəb ölkələri Ankaraya dəfələrlə Liviya, Suriya və Misirin daxili işlərinə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq ediblər. Türkiyə Osmanlı imperiyasını bərpa etməkdə və ərəblər üzərində hegemonluq qurmağa çalışmaqda günahlandırılıb.
Haşiyə: Türkiyəyə heç bir ölkənin iqtisadi boykotu təsir edə bilməz. Çünki rəsmi Ankaraya qoyulan investisiya yetərincədir. Türk iş adamları da dünyanın bütün ölkələrində çalışır. Turizm ölkəsi kimi də dünya liderləri arasındadır.
Müasir dövrdə ekzotik yerlərdə qeyri-adi hotellərin tikintisi çox dəbdədir. Meksikada Tekila şəhərinin yaxınlığında 30 çəlləkvari nömrədən ibarət ekzotik hotelin açılması da turizm həvəskarlarının marağına səbəb olub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Matices Hotel de Barricas” yəni “barrel otel” adını daşıyan otel tez bir zamanda ölkəyə gələn turistlərin sevimli istirahət məskəninə çevrilib.
Çəlləklərin hər birində rahat yaşamaq üçün 2 nəfərlik çarpayı, mini bar olan qonaq və vanna otaqları, hətta bəzilərində cakuzi də var. Bundan başqa, bütün nömrələr split-sistem və pulsuz internetlə təchiz edilib.
Maraqlıdır ki, otel tekila içkisi istehsal edən zavodun yaxınlığında yerləşir.
Turistlər üçün tez-tez meksikalıların məşhur içkilərinin dadına baxmaq üşün ekskursiyalar da təşkil edilir.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim tətbiq edilib. Dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib”, – deyə komitədən bildirilib.
Gələnlərin 28,1%-i Rusiya, 24,9%-i Gürcüstan, 18,1%-i Türkiyə, 8,3%-i İran, 2,1%-i Ukrayna, 1,8%-i Hindistan, 1,7%-i Səudiyyə Ərəbistanı, 1,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1% olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1%-i Küveyt, 0,9%-i Böyük Britaniya, hər birindən 0,7% olmaqla Özbəkistan, İraq və Belarus, 0,6%-i İsrail, 5,8%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7%-ni kişilər, 21,3%-ni qadınlar təşkil edib.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69%-i dəmir yolu və avtomobil istifadə edib.