Hitlerin yoxa çıxan sualtı gəmisi – Türkiyədə tapıldı
Türkiyə ekologiya nazirinin müavini Mehmet Emin Birpur Sakarya sahillərində çəkilən “U 20” sualtı gəmisinin görüntüsünü paylaşıb.
Teleqraf.com xəbər verir ki, Birpınar sualtı gəminin təmizlənərək turistlər üçün təqdim ediləcəyini bildirib.
“U 20” Hitlerin itən sualtı gəmilərindən biridir. İkinci Dünya Müharibəsinin şahidlərindən biridir. Bu tarixi qorumalı və dalğıc turizminə təqdim etməliyik”, – dövlət rəsmisi bildirib.
İkinci Dünya Müharibəsində Hitlerin komandanlığı altındakı Almaniya ordusu Qara dənizdə SSRİ-yə qarşı üstünlük qazanmaq üçün bir donanma yaratmaq qərarı verdi. Amma sualtı gəmilərin Qara dənizə çatdırılması asan deyildi. Hissə-hissə parçalan sualtı gəmi Elba çayı vasitəsilə cənuba gətirildi. Daha sonra xüsusi dizayn edilmiş yük maşınları ilə Tunadan Konstantaya gətirilərək, burada yığılaraq dənizə buraxıldı.
Hitlerin 6 sualtı gəmisi Sovet İttifaqının çox sayda gəmisini batırdı. Ancaq SSRİ ordusu Konstantanı ələ keçirdikdən sonra Hitlerin sualı gəmilərindən biri yoxa çıxdı. Qalan 3 sualtı gəmi isə Almaniyanın məğlubiyyətindən sonra öz heyətləri tərəfindən batırıldı. Bunlardan biri hazırda Sakarya sahillərindədir.
Dövlət agentlikləri ictimai iaşə obyektlərində nöqsanlar aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dövlət Turizm Agentliyi oktyabrın 18-də keçirilmiş monitorinqlərə dair birgə məlumat yayıb.
“Report”a daxil olan məlumatda deyilir:
“Oktyabrın 18-də ölkə üzrə ictimai iaşə obyektlərində 829 və mehmanxanalarda 68 monitorinq keçirilib. Keçirilmiş monitorinqlər zamanı ictimai iaşə obyektlərində 21 nöqsan, mehmanxanalarda isə 5 nöqsan aşkar olunub. İctimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 67 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 19 faizi tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür. Mehmanxanalarda aşkar olunmuş nöqsanların 60 faizi mehmanxana daxilində xüsusi karantin otağının ayrılması ilə bağlı tələbə riayət olunmamasına görə qeydə alınıb”.
Roma tətilləri
Romanın mərkəzi demək olar ki, tamamilə eramızdan əvvəl 8-ci əsrə aid olan bir tarixi abidədir. O, böyük Roma imperiyasından qalan mirasıdır. Təravətli portağalın, zeytunun və güllərin ətirləri ilə dolu olan bu “əbədi şəhər”, öz ecazkarlığı ilə hər turistin ürəyini fəth edəcək. Apennin yarımadasının ortasında yerləşən Romanın mövqeyi təkcə strateji baxımdan əlverişli deyil, həm də yerli əhaliyə gözəl bir iqlim və məhsuldar torpaq bəxş edir.
Buna baxmayaraq, əgər Romanı ziyarət etməyi planlaşdırırsınızsa, tətilinizin həqiqətən unudulmaz edə biləcək bəzi detalları bilmək lazımdır.
Romaya getməyin ən yaxşı vaxtı aprel, may və sentyabr aylarıdır. Bunun bir çox səbəbləri var. Birincisi, bu aylarda bir çox muzeyə giriş pulsuzdur. Xüsusilə aprel ayının sonlarında ənənəvi mədəniyyət həftəsi elan olunur. Bütün muzeylərə (Vatikan istisna olmaqla) giriş tamamilə pulsuz olur. İkincisi, bu aylar “mövsümarası” vaxtına düşən aylardır. Bu vaxt aralığında turistlərin sayı daha azdır, bu o deməkdir ki, muzeylərin qabağında növbələr daha qısa, otel və təyyarə biletlər daha ucuzdur. Üçüncü səbəb isə əlbəttə ki, “velvet mövsümü”-dür. Havanın tempeaturu istər günorta istər uzun axşam gəzintiləri üçün idealdır.
Əlbəttə ki, Romada İtalyan mətbəxini sevərlər özlərini əsl cənnətdə hiss edəcəklər. Qonaqları sözün əsl mənasında hər addım başı çoxlu sayda restoranlar gözləyir. Burada sizə mütləq çox zərif, dəniz məhsullu rizottonu və ya ətirli otlarla hazırlanmış spagettini təqdim edəcəklər. Əgər siz luks bir restorana şam yeməyinə getmək və tenorların səsini dinləmək istəyirsinizsə, masanızı heç olmasa 1-2 həftə qabaq sifariş etməlisiniz. Məhs bu restoranlarda dünya şöhrətli italyan aşbazları öz məharətlərini göstərirlər. Onların yerləşdiyi məkanlar adətən turist yerlərində aralı olur. Unutmayın ki, günün istənilən vaxtında nahar edə bilməzsiniz. Yaxşı restoranlar saat dəqiqliyi ilə nahar vaxtı və bir də şam yeməyinə açılır.
Romada sözsüz ki, piyada gəzmək daha yaxşıdır. Bu qədim şəhərdə, sanki hər bina öz möhtəşəmliyi ilə ondan qabaqkı binanı üstələməyə çalışır. Rahat ayaqqabılara üstünlük verməyi tövsiyə olunur, çünki demək olar ki, bütün küçələr böyük daşlarla döşənilib. Bir yerə getməyə qərara gəlsəniz o zaman avtobusdan istifadə edin. Gediş qiyməti 1.5 avrodur.
Buraya gələn hər bir turist bilməlidir ki, antik dövrün yadigarı olan Roma, yeddi təpə üzərində dayanır. Onların hər birində çox qədim və mühüm Roma abidələri yerləşir. Çalışın hər birini ziyarət edin. Bunun üçün sizə ən azı 3 gün lazım olacaq. Ən əlverişli yolu isə turistik-gəzinti avtobusa bilet almaqdır. Bu avtobuslar sizi xüsusi marşrutla, bütün əsas yerləri gəzdirəcək. Marşrut boyu avtobusdan enərək istənilən abidə ilə yaxından tanış ola bilərsiniz. Panteonu, Roman Forumu, Kolizeyi ziyarət etməklə tamamilə başqa bir dünyaya baş vuracaqsız. Axşam isə Trevi fontanın yanında gəzmək, oraya dəmir pul ataraq bu təkrarolunmaz şəhərə yenidən qayıtmaq arzusunu tutmaq sizin səyyahətinizin unudulmaz anlarından birinə çevriləcək.
Bukingem Sarayı
Bukingem Sarayı – II Yelizavetanin Londondakı rəsmi iqamətgahıdır. Vestminster ərazisində yerləşir. Teyburn çayının kənar sahillərinə təsadüf edir. Ərazisi bataqlilarla zəngin olan bu saray bir çox sahibini dəyişdi – Edvard Konfessor və Fatih Uilyamdan, Vestminster Abbey və Kral Corc III keşişinə kimi. Məhs o, Bukingem evindən kral yaşayış məntəqəsini yaratmağa qərarını aldı. Səbəb isə, müqəddəs evvəlki məkan Ceyms sarayı tədricən pisləşdi və həyat üçün əlverişsiz oldu.
1837-ci ildə Kraliça Viktoriya taxta çıxarkən, Bukingem Sarayı Britaniya monarxlarının rəsmi iqamətgahı elan edildi. Bu vaxt arxitektorlar Con Naş və sarayının müəllifi Edvard Blor dörd binadan ibarət və daxili həyəti olan dordbucaq şəklində kompleksi tikmişdir. Tikinti işlər Kraliça Viktoriyanın dövrünə qədər davam etdirdi. Məhs bu ərəfədə sarayın ən böyük binası Bal zalı inşa edilir – uzunluğu 36.6 metr, eni isə 18 metrdir. Sarayda rəsmi məlumatlara görə orada 775 otaq – 19 mərasim zalları, 52 kral və qonaq otağı, 188 xidmət otaqları, 92 texniki otaqları və 78 vanna otağı var. Binanın uzunluğu 108 metr, eni isə 120 metrdir. Yüksəkliyi isə 24 metrə çatır.
Kraliça Viktoriya vaxtından qəbul olunmuş ənənə kimi il ərzində Bukingem Sarayını rəsmi olaraq 50000-dən çox adam ziyafət edir. Daima nahara və ya sadəcə bağçada kraliça qəbulu üçün qonaqlar dəvət olunur. Sarayın darvazasından keçərkən ziyarətçilərin gördükləri ilk şey Böyük Zal və nəhəng mərmər pilləkənlər olur. Divarlardakı portretlər Kraliça Viktoriya vaxtında olduğu yerdən hal hazırda da asılı vəziyyətdədir.
Sarayın açıq olduğu vaxt: 1 avqustdan sentyabrın 25-dək ziyarət edənlər üçün.
İş saatları: 09: 45-dən 18: 30-dək.
Metro: Ən yaxın stansiya- Victoria, Hyde Park Köşkü, Green Park və St.Petersburg. James’s Park.
Ünvan: Buckingham Palace Rd, London SW1A 1AA.Bukengem sarayı, İngiltərə, Səyahət
Əsl Afrika
Afrika, planetimizin ən mübahisəli, sirli, yabanı və eyni zamanda cənnət qitəsidir. Alimlər planetin ilk həyatının məhs Afrikada ortaya çıxdığına inanırlar. Bu qitə inanılmaz dərəcədə yoxsul və eyni zamanda ən zəngin qitədir. Minerallerı və qiymətli daş ehtiyatları baxımından zəngin olan Afrika almazların dünya hasilatı üzrə üçüncü yerdədir. Yerli mədəniyyət və adət ənənələri əcnəbilərin marağını hər zaman cəlb etmişdir. Afrikada ən iri vəhşi heyvanlar, nadir ekzotik quşlar və ən təhlükəli həşəratlar növləri var ki, onlar heç bir başqa qitədə rast gəlinmir. Ən isti qitənin cənubunda hətta pinqvinlər də öz yerlərini tapdılar. Bəlkə məhs Afrika insan ayağının dəymədiyi yerlər olan yeganə qitədir. Bu unikal qitənin ən gözəl ölkələri haqqında sizə məlumat verəcəyik.
Tanzaniya
Tanzaniya Afrikadakı ən parlaq ölkələrindəndir. Qarla örtülü Kilimancaro dağı (hal hazırda sönmüş vulkan) və ən gözəl Afrika safarisi məhs Tanzaniyada yerləşir. Ölkənin bütün ərazisinin təxminən üçdə biri milli parklar və qoruqlardan ibarətdir. Tarangire parkı Tanzaniyanın ən böyük qoruğudur. Quraqlıq mövsümündə (iyun-sentyabr) heyvanlar çayın kənarına su içmək üçün gəlirlər, ilin bu vaxtında onları orada asanlıqla görə bilərsiniz. Yoxsul Afrika və sarı qumlar stereopipi Tanzaniyaya gəldiyiniz zaman dərhal dağılır. Lüks otellər, təravətli meyvələr və ətraf mühitin təmizliyi sevindirməyə bilməz. Bu ölkədə tropik meşələr, çaylar və parlaq rənglər məskanıdır. Tanzaniyanın şərqində Zanzibar cənnət adası yerləşir. Hər il on minlərlə adam həmin adanı ziyarət edir. Tanzaniyada bu günə qədər qədim ənənələr çox şərəfli hesab olunur və ehtiyatla qorunur. Burada çoxlu sehrbazlar və şamanlar var ki, bu da yerli mədəniyyətin təzahürüdür.
Keniya
Keniyanı ziyarət etmək üçün bir çox səbəblər var. Onlardan biri ekvatorun ölkə ərazisindən keçməsidir. Macəra axtaran bir çox insanlar ekvatoru keçmək arzusundadır. Eyni zamanda, bir çox alimlərin rəyinə görə məhs Keniyada, ilk düşünən insan əmələ gəlib. Bəzi tapıntıların 3 milyon ile qədər yaşı var. Keniyada 60 təbiət qoruğu vardır ki, bu qoruqlarda Keniyanın ən dəyərli varlıqları – şirlər, begemotlar, antiloplar, bəbirlər kimi nesli kəsilməkdə olan heyvanların cinslərinə rast gələ bilərsiz. Ovçuluq qəti qadağandır. Turizm ildən ilə inkişaf edir və ölkənin əsas gəlirinin məmbəyinə çevrilib.
CAR
Cənubi Afrika Respublikası – rəsmi olaraq Afrikanın yeganə inkişaf etmiş ölkəsidir. Bu ölkədə göydələnlərin və yüksək texnologiyalı yeniliklərilə bərabər, vəhşi heyvanların, mavi okean sularının və sonsuz düm ağ sahillərlə ahəngini seyr edə biləcəksiniz. Afrika ölkələri arasında heç vaxt dövlət çevrilişi və ya inqilab olmadığı yeganə ölkə olan CAR-da iqtisadiyyat və sənaye çox yaxşı inkişaf etmişdir. Ölkənin sanitar-epidemioloji vəziyyəti də sevindirir. Ölkənin böyük bir hissəsində krant suyunu içməkdən qorxmaq lazım deyil. CAR-a gələnlərin maragını çəkən yerlərdən biri də burada yerləşən və yaşı 2 milyard olan, yer üzərinə meteoritin düşməsi nəticəsində əmələ gələn böyük çuxur olur. Cənubi Afrika qızıl və almaz kimi bahalı metallar və mineralların hasiları üzrə liderdir.
Botsvana
Qitənin cənubunda yerləşən Botsvana, təqribən Texas ştatının ölçüsündədir. Ölkənin ərazisinin təxminən 70% -i məşhur Kalahari səhrası tutur. Afrika fillərinin ən böyük toplusu burada yerləşir. Hər il təxminən 130 min fillər qoruqlar və parklar boyunca miqrasıya edir. Bu qoruqlarda nesli kəsilmək təhlükəsi altında olan heyvan növləri qorunur. Botsvanada planetin ən böyük almaz mədən – Orapa mədəni yerləşir. Ölkədə olan bütün gəlirin 40% -ni təşkil edən brilyalardır. Bunun və müdrik siyasətin sayəsində Botsvana Afrikanın ən əlverişli ölkələrindən biridir, siyasi münaqişələrdə iştirak etmir. Afrikanın bütün çalarlarına rast gələ biləcək ölkədir.
Əfsanəvi İstanbul
İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim dünyanın tam ortasında yerləşir. Bu şəhər Boğaz ilə ayrılaraq eyni zamanda həm Avropa həm Asiyada yerləşir.
Bəlkə də dünyanın heç bir yerində tarixi və mədəni abidələrin təbiətlə bu qədər ahəngdar sintezini seyr edə bilməzsiz. Bu gözəl şəhərə gələn hər bir ziyarətçilərin xatirələrində heç vaxt silinməyəcək təəssüratlar qoyur.
Siz qısa bir zaman üçün İstanbula gəlsəniz belə, dəyərili vaxtınızı Ayasofya Muzeyi, Süleymaniyyə Məscidi, Sultan Ahmet məscidini, Roman Hipodromu, Sultan Topkapı Sarayını, dünya şöhrətli Qapalı Çfrşı kimi möhtəşəm yerlərə baş çəkməyi qabaqcadan planlaşdırin. Çünki oranın hər daşı belə tarixdir.
Klassik turlar ilə yanaşı, Boğaz boyunca gəmi turlar da mövcutdur. Bu turlar zamanı şəhərin Asiya və Avropa hissəsinin gözəl görünüşünə heyran ola bilərsiniz.
Şahzadə adalarına gedən bir gəmi səfəriniziə daha da rəngarənglik gətirəcək. İstanbul ətrafında gecə turları, şərq rəqsləri, milli nümayişləri də daxil olmaqla, sizə min bir gecənin nağıllarını xatırlayacaq.
İstanbul tarixinin bir çox sirləri və müəmmaları var. Bu tarixi yarımadanın yeddi təpəsində salınmış şəhər, inanılmaz strateji mövqedə malikdir. Üç tərəfdən dəniz suları ilə əhatə olunan şəhər, hücumlara qarşı mükəmməl müdafiyə olunurdu. Buxtanın ətrafında məhsuldar torpaqlar və meşələr şəhər əhalisini bütün lazımi məhsullarla təmin edirdi.
Bakı-İstanbul-Naxçıvan reysi -TƏK QİYMƏT
Bakı-İstanbul-Naxçıvan reysi 7 saat gözləmə ilə ən münasib qiymətə bizdə.
Cəmi – 800 Azn
Qiymətə daxildir (Hər iki təyyarədə)
- Qidalanma
- 30 kq baqaj
- Covid-19 testi
ƏLAQƏ NÖMRƏLƏRI:
(050) 664-60-30, (055)6366333
Azərbaycanda üzümçülükdə məhsuldarlıq xeyli yüksək olub
Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir.
Oxu.Az-ın Aqrar Tətqiqatlar Mərkəzindən əldə etdiyi məlumata əsasən, ilin əvvəlindən bu günə qədər 14521,8 hektar bar verən üzüm sahəsindən 27,5 min ton məhsul yığılıb. Respublika üzrə 16,1 min hektar üzüm sahəsi mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir.
Mərkəzin məlumatına görə, pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbat azalıb. Bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandığı qeyd edilib.
Növbəti dövrdə şərabçılığın inkişafı üçün milli normative texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması üzrə təkliflər irəli sürülüb.
İsrail – Bəhreyn diplomatik əlaqələri başladı
İsrail və Bəhreyn arasında rəsmən diplomatik əlaqələr başlayıb.
Gezmeli.az Axar.az-a istinadən xəbər verir ki, bununla Bəhreynin Xarici İşlər Nazirliyinin nümayəndələri ilə İsrail Milli Təhlükəsizlik Qurumunun əməkdaşları arasında imzalanma mərasimi baş tutub.
Müqavilədə tərəflərin diplomatik əlaqələri başladaraq qarşılıqlı səfirliklər açılıb. Eyni zamanda investiya, maliyyə, mülki aviasiya, turizm, ticarət, texnologiya, səhiyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələsi nəzərdə tutulur.