PAYLAŞ
İspaniya festivalı

Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələrə görə “Turizm destinasiyası” nominasiyası üzrə ikinci yerlə mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, “Terres Festival” festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilib. İspaniyanın təbiətinin biomüxtəlifliyinə görə UNESCO-nun qorunan irs siyahısına əlavə edilən Tortosa şəhərində təşkil olunur. Zeytun ağacından hazırlanmış, festivalın əsas simvolu hesab olunan, dayanıqlılıq, dəyərlər və insanla təbiət arasında əlaqəni özündə ehtiva edən mükafatdır. Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndəsinə təqdim olunub.