Ev Turizm Xəbərləri Azərbaycan Birinci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir – FOTOLAR

Azərbaycan Birinci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir – FOTOLAR

Sağlamlıq Turizm Forumu

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Ukraynada keçirilən Birinci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir.

Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC -a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Türkiyə, Almaniya, Gürcüstan, Qatar, Səudiyyə Ərəbistanı, Küveyt, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin sağlamlıq turizmi təmsilçilərinin iştirak etdiyi forumda Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev tədbirdə çıxış edib. Ölkəmizin sağlamlıq turizmi imkanları haqqında iştirakçılara geniş məlumat verib. Forum çərçivəsində iştirakçılar Ukraynanın məşhur sanatoriya-kurort müəssisələrinə səfər ediblər. Oradakı imkanlar və təqdim edilən xidmətlər haqqında məlumatlandırılıblar.

İki gün davam edəcək forum müddətində ikitərəfli görüşlərin təşkili, qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələrin imzalanması nəzərdə tutulur.