Promenade otel

Promenade Hotel Baku Azərbaycanın paytaxtının tam mərkəzində – Neftçilər prospektində Həqiqət Rzayeva küç. 3 ünvanında yerləşir. 

Otelin yerləşdiyi məkan artıq bir çox şeylər haqqında öz sözünü deyir – bu, həmçinin dünya şəbəkəli otellərin yerləşdiyi «location «A» xəttdir ; bir faktı (amili) da əlavə etmək lazımdır ki, Neftçilər prospekti Azərbaycan paytaxtının ən bahalı küçələrindən biridir. “Promenade” luks butik otelinin açılışının məhz bu küçədə olması bu amillərdən biri oldu.

Otelin yerləşməsi ilə bağlı əsas üstün cəhətlərdən biri də onun, baharın ən vacib hadisələrindən biri olan – Azərbaycan Qran-Prisi Bakıda bu il 26 apreldən 28 aprelədək keçiriləcək “Formula -1” idman yarışlarına maksimum dərəcədə yaxın olmasıdır.

Promenade otel

Promenade Hotel Baku nömrələri və eyvanlarından yalnız Xəzər dənizinə deyil, həmçinin “Formula-1”–in keçiriləcəyi Bakının mərkəzi şossesinə geniş mənzərə açılır. Məhz bu cəhət onu idmanın yarış növü üzrə bütün fanatları üçün daha cazibəli edir və ona xüsusi gözəllik bəxş edir.
«Otelin nömrə bazası 43 otaq təşkil edir – bunlar, yaşayış qiymətinin 80 dollardan başladığı standart, de-lyuks və lüks nömrələrdir. C-Group otel qonaqlarını artıq 16 mart tarixində baş tutan rəsmi açılışdan əvvəl ən yaxşı ənənəvi şəkildə qarşılamağa başlamışdır – ilk qonaq isə 10 mart tarixində Promenade Hotel Baku –da yerləşdirilmişdir » – deyə öz müsahibəsində CEO Kənan Ağayev bildirir.

Kənan Ağayev

Kənan Ağayev

K.Ağayev Promenade Hotel Baku-nun potensial qonağının kimliyi barədə danışaraq aşağıdakı deyilənləri vurğulayır: «Birmənalı olaraq bu, Bakı şəhəri səfər etdiyi ilk şəhər olmayan turistdir. Bu rahatlığı, komfortu və istirahətin ən yüksək səviyyəsini hər şeydə dəyərləndirən, həmçinin öz vaxtını dəyərləndirən şəxsdır. Belə ki, bizim otelimizdə yerləşərək o, Azərbaycanın əsas diqqət mərkəzində olan bütün sahələrinə demək olar ki, bir addımlıq məsafədə olacaq. Bizim potensial qonağımız fərdi və ya ailəvi olaraq səyahət edən, lüks sinfli istirahəti tanıyan və üstünlük verən 35 yaş və daha artıq insanlardır».

«Dövlət tərəfindən göstərilən hərtərəfli dəstək sayəsində Azərbaycanda turizm sahəsi çox böyük sürətlə inkişaf edir. C Group şirkəti bu yolda bilavasitə iştirak edir. Fevral ayında biz Theatrum otelini, bir ay sonra isə Promenade otelini açdıq. Qarşımızda qoyduğumuz əsas məqsədimiz isə – Bakının qonağı olan hər bir şəxsin şəhəri yalnız müsbət emosiyalarla tərk etməsidir. Azərbaycana yenidən geri dönmək istəməsidir».
May ayında oteldə, binanın dam hissəsində yerləşəcək, birmənalı olaraq yalnız otel qonaqlarının deyil, həm də Bakı sakinləri üçün sevimli məkana çevriləcək «Roof Top Lounge» yay terrasının açılışı keçiriləcək.

Promenade Hotel Baku ünvanı– Neftçilər prospekti Həqiqat Rzayeva küç. 3, əlaqə nömrəsi +994 12 525 55 00


BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin