Ev Turizm Xəbərləri Bu il Azərbaycandan Gürcüstana səfərlər nə qədər azalıb?

Bu il Azərbaycandan Gürcüstana səfərlər nə qədər azalıb?

Gürcüstan

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 275 630 nəfər ziyarətçi qəbul edib.
Gezmeli.az reporta istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayı 522 586 nəfər, yaxud 65,5% azalıb.
Hesabat dövründə Gürcüstana, ümumilikdə, 1 495 743 nəfər beynəlxalq ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 69,9% azdır.
Yanvar-iyulda Gürcüstana Türkiyədən 244 286, Ermənistandan 215 212, Rusiyadan isə 187 326 nəfər səfər edib.