Ev Turizm Xəbərləri Rus turistlər Antaliyaya gəldilər – FOTOLAR

Rus turistlər Antaliyaya gəldilər – FOTOLAR

Antaliya

Türkiyədə koronavirus tədbirləri çərçivəsində turist axını başladı. Ötən gün “turizm paytaxtı” Antaliyaya 519 rus turist gəlib.

Gezmeli.az Metbuat.az istinadən xəbər verir ki, yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə mart ayında uçuşlar dayandırılmışdı. 1 avqust tarixindən qadağa götürüldükdən sonra İstanbul Ankara, Antalya, Dalaman və Bodrum şəhərlərinə turist axını başlayıb.

Moskvanın Sheremetyevo hava limanından yola düşən təyyarə, saat 03.25-də Antalya Hava Limanına enib.

Covid-19 ilə əlaqədar intensiv tədbirlərin görüldüyü hava limanına gələn turistlər ailələri və ya dostları ilə birlikdə maska taxaraq təyyarədən düşüblər. Termal kameralardan keçərək əllərini müəyyən nöqtələrə yerləşdirilən dezinfeksiyaedici maddələrlə dezinfeksiya edən turistlər pasport və baqaj prosedurlarından sonra servislərdə qalacaqları otellərə yollanıblar.