Ev Gəzməli yerlər Gəzəyənlər Bu ölkəyə immiqrasiya edənlərin sayı artıb.

Bu ölkəyə immiqrasiya edənlərin sayı artıb.

Ən çox immiqrant qəbul edən ölkə.

Avstraliya statistika bürosunun apardığı araşdırmalara görə Avstraliyada əhalinin sayı 1 dəqiqə 26 saniyədə 1 nəfər artır. Gəzməli.az-ın məlumat verir ki artım əsasən bu ölkəyə gələn immiqrantların sayəsində baş verir.

Bu göstərici Avstraliyanı dünyada ən çox immiqrant qəbul edən ölkələr arasında birinci edir. Statistikaya görə hazırda ölkədə 24 772 437 nəfər əhalisi var. Hesablamalara görə bu gedişlə Avstraliya əhalisi  2018-ci ildə 25 milyonu ötəcək.

Avstraliyaya illik immiqrasiya artım tempi hazırda 1.6%  təşkil edir. Xatirladaq ki bu göstərici ABŞ-da 0.7%, Böyük Britaniyada 0.6% Fillippin və Sinqapurda isə 1.5% təşkil edir.