Ev Avropa Buenos Ayresdə qadınlara söz atanlar cəzalandırılacaq-60 dollar

Buenos Ayresdə qadınlara söz atanlar cəzalandırılacaq-60 dollar

         Buenos Ayresdə qayda

Hər 36 saatdan bir 1 qadın ailədaxili münaqişə zəmnində qətlə yetirilir

Argentinanın paytaxtı Buenos Ayresdə qadınlara söz atanlar cəzalandırılacaq. Gezmeli.az ölkə.az-a istinadən xəbər verir ki, paytaxt küçələrində qadınlara söz atan və fit çalanlar 60 dollar miqdarında cəzalandırılacaq.

Argentina paytaxtının qadın sakinləri artıq rahat nəfəs ala bilər. Şəhər şurasının təsdiq etdiyi yeni qanuna əsasən, küçədə qadına fit vermək və söz atmaq cinayət sayılacaq.

Bundan başqa kimisə təqib etmək, istəmədiyi halda toxunmaq da cinayət sayılacaq.

Oktyabr ayında Argentinada 16 yaşlı qız zorlanaraq öldürülmüşdü. Hadisədən sonra minlərlə qadın etiraz aksiyasına qoşulmuşdu.

Qeyd edək ki, Argentinada hər 36 saatdan bir 1 qadın ailədaxili münaqişə zəmnində qətlə yetirilir.