Ev Gəzməli yerlər Gəzəyənlər Elit və işgüzar turizmin peşəkarları Bakıda toplaşıblar

Elit və işgüzar turizmin peşəkarları Bakıda toplaşıblar

Turizm biznesinin peşəkarları

Fevralın 11-də “JW Marriott Absheron Baku” otelində turizm biznesinin peşəkarları üçün “B2B Luxury & MICE Workshop” tədbir keçirilib.

Azərbaycan paytaxtında artıq səkkizinci dəfə keçirilən “B2B Luxury & MICE Workshop” seminarında 20-yə yaxın turizm ofisinin, dəbdəbəli otellərin və dünyanın müxtəlif aviaşirkətlərinin nümayəndələri xarici turizm sahəsində fəaliyyət göstərən aparıcı Azərbaycan şirkətlərinin menecerləri ilə tanış olmaq üçün bir yerə toplaşıblar.

Turizm biznesinin peşəkarları

“B2B Luxury & MICE Workshop” seminarının təşkilatçısı Britaniyada turizm marketinqi və kommunikasiyalar sahəsində fəaliyyət göstərən TMI şirkətidir.

Seminar iştirakçılarının diqqəti dəbdəbəli və eksklüziv turizm məhsullarına – otel və kurortlara, aviaşirkətlərə, qəbuledici şirkətlərə (DMC) və müxtəlif turist istiqamətlərinə, o cümlədən milli və regional turizm ofislərinə cəlb edilib.

Tədbirin işgüzar hissəsində Azərbaycanın turizm şirkətlərinin əməkdaşları xarici turizm təşkilatlarının nümayəndələri ilə fərdi görüşlər keçiriblər.

Builki “B2B Luxury & MICE Workshop” Azərbaycanda bir sıra yeni, prestijli istirahət istiqamətlərini, o cümlədən İspaniyadakı Tenerife adasını təqdim edib.

Mariya Çeplin

Tenerifinin turizm ofisinin Rusiyada və MDB məkanında nümayəndəsi Mariya Çeplin sözlərinə görə, Kanar adalarının tələbkar azərbaycanlı turistlərə maraqlı təklifləri var. O deyir: “Tenerife Kanar arxipelaqındakı adaların ən böyüyüdür. Onun başlıca xüsusiyyəti Avropa üçün nadir sayılan iqlimidir. Burada havanın temperaturu ilboyu müsbət 20-29 dərəcə həddində dəyişir. Bu səbəbdən Tenerifeni “Əbədi bahar adası” adlandırırlar. Avropanın başqa yerlərində qış olanda Tenerife çimərliklərində qaralmaq və çimmək olar. Uşaqlı ailələr “Loro park” adlı heyvanat parkına getməyi xoşlayırlar. Burada dəniz qaranquşları və dəniz şirlərinin şousu, “Siam Park” akvaparkı və başqa əyləncə imkanları var. Kanar mətbəxi də İspaniya, Latın Amerikası və Afrika mətbəxlərinin ən yaxşı nümunələrini təklif edir. Məsələn, burada kartofu dəniz suyunda bişirirlər, nəticədə bayır tərəfdən duzlu, içəridən şirin bir yemək alınır. Nəhayət, İspaniyanın ən uca nöqtəsi və UNESCO-nun dünya irsi abidəsi olan Teyde vulkanı da Tenerife adasında yerləşir.

Turizm biznesinin peşəkarları

Tədbirdə İspaniya daha bir obyektlə – Kataloniyanın turizm ofisi ilə təmsil olunub. 2018-ci il kimi 2019-cu il də Kataloniyada Mədəni Turizm İli hesab edilir. Kataloniya adı çəkiləndə dərhal memar Antonio Qaudi yada düşür. Bu memarın vətəni Reus şəhərindəki Qaudi Mərkəzi interaktiv Quel parkı hesabına genişlənib (park özü Barselonada yerləşir).

Tatyana Mixaleva

Kataloniya turizm ofisinin Rusiyada və MDB ölkələrində PR-xidmətinin rəhbəri Tatyana Mixaleva deyir: “Barselona Azərbaycan turistləri arasında çox populyardır. Onlar bu şəhərin görməli yerləri ilə çox maraqlanırlar. Barselonaya gələn qonaqlar oradan Kataloniyanın başqa şəhərlərinə də bir günlük ekskursiyalara gedə bilərlər. Məsələn, uşaqlı ailələr Barselonadan təqribən 1 saatlıq məsafədə Tarraqona rayonunda yerləşən “Port Aventura” adlı əyləncə parkları kompleksinə getməyə çalışırlar. Azərbaycan ilə Kataloniya arasında turist mübadiləsinin fəal inkişafı üçün yeganə maneə birbaşa daimi uçuş reydlərinin olmamasıdır. Ümidvarıq ki, əvvəlki illərdə olduğu kimi bu il də “Azal” şirkəti mövsümi birbaşa reyslər təşkil edəcək”.

Sloveniya turizm ofisi bir sıra otellərin və qəbuledici şirkətlərin nümayəndələri şəxsində təmsil olunmuşdu. Belə şirkətlərin çoxu “B2B Luxury & MICE Workshop” tədbirlərində müntəzəm iştirak edir. Seminarda beynəlxalq otel brendləri – “Intercontinental-Vienna Hotel” və Moskvadan “Crown Plaza” ilk dəfə təmsil olunmuşdu. Mərkəzin satış üzrə böyük meneceri Tatyana Prudnikova deyir: “Tədbirin azərbaycanlı iştirakçılarının çoxunun “Crowne Plaza Moscow World Trade Centre” barədə məlumatı azdır. Yeri gəlmişkən deyim ki, Rusiyanın paytaxtında yerləşən bu lüks kompleksə müxtəlif tədbirlər keçirilməsi üçün 36 zal, 11 restoran və diqqəti cəlb edən 724 otel nömrəsi daxildir. Kompleks həm MİCE-sənayesinin nümayəndələri, həm də adi turistlər üçün maraqlı ola bilər”.

Builki tədbirdə Yunanıstanın ən nüfuzlu mehmanxana komplekslərində birinin – Peloponnes yarımadasında, Yunanıstanın ən böyük və dəbdəbəli otel brendi olan “Grecotel”in yaxınlığında yerləşən “Costa Navarino Resort”un nümayəndələri də iştirak ediblər.

Turizm biznesinin peşəkarları

“B2B Luxury & MICE Workshop”un beynəlxalq əlaqələndiricisi Helen Lloyd deyib: “Hər dəfə Bakıya gələndə sanki öz evimizə qayıdırıq. Biz xarici turizm bazarının bərpa olmasının, gəlmə turizm bazarının genişlənməsinin və beynəlxalq diqqəti cəlb etməyə başlamasının şahidi oluruq. Bu, bizi çox sevindirir. Öz işgüzar fəaliyyətləri çərçivəsində “B2B Luxury & MICE Workshop” seminarında iştirak edən beynəlxalq şirkətlərin nümayəndələrinin əksəriyyəti sonradan ölkəmiz barədə daha çox məlumat əldə etmək üçün çox vaxt ailələri ilə birlikdə Bakıya gəlirlər. Tədbirdə iştirak etdikləri dövrdə qısamüddətli səfər onları ruhlandırır.

Turizm biznesinin peşəkarları

Qeyd edək ki, vorkşoplar Tbilisidə Almatıda davam edəcək.