Ev Gəzməli yerlər Göygöldə yeni otel , Qusarda yeni turizm kompleksi…

Göygöldə yeni otel , Qusarda yeni turizm kompleksi…

Yeni komplekslər

Azərbaycanın “RUN Construction and Investment” şirkəti bu il 3 iri layihə həyata keçirməyi planlaşdırır.

İstinadən xəbər verir ki, bunu şirkətin direktoru Ramin Kərimli deyib.

R.Kərimli qeyd edib ki, şirkət tərəfindən nişasta istehsalı fabrikinin, Göygöl rayonunda resort-hotelin və sanatoriyanın, Qusar rayonunda isə turizm kompleksinin tikintisi nəzərdə tutulur:

“Bütün layihələr xarici investisiyalar hesabına reallaşdırılacaq. Xarici investorlar arasında Çin və İrandan şirkətlər də var”.