Ev Gəzməli yerlər “Hər qapını açan” pasportların siyahısı açıqlandı

“Hər qapını açan” pasportların siyahısı açıqlandı

Pasportların siyahısı açıqlandı 

2018-ci il üzrə “The Pasaport Index”i  açıqlanıb.

Gezmeli.Az xəbər verir ki, indeks ölkələrin vətəndaşlarına verdikləri pasportların imkanları əsasında  hazırlanır.

Belə ki, pasportların dəyərini vizasız səyahət, xaricdə yaşam şərtlərinin asanlaşması kimi imkanlar əks etdirir.

Hesabata görə, Cənubi Koreya və Sinqapur 162 balla birinci, Almaniya və Yaponiya 161 balla ikinci yerdədir.

pasport

Üçüncü sırada altı ölkə var:  İsveç, Finlandiya, Danimarka, İtaliya, Fransa və İspaniya. Dördüncü yerdə 159 balla yeddi ölkə qərarlaşıb: Avstriya, İngiltərə, Portuqaliya, Belçika, Hollandiya, Norveç və Lüksemburq.

Beşinci sırada 157 balla İsveçrə, İrlandiya, ABŞ, Kanada yer alır. Yunanıstan və Malayziya isə 157 balla altıncı yerdədir.

Malta, Avstraliya və Çexiya yeddinci (156 bal), Yeni Zelandiya səkkizinci (155 xal) yerdədir
Doqquzuncu sırada 154 balla iki ölkə – Macarıstan və İslandiya gəlir.

pasport

Qeyd edək ki, reytinqdə Ukrayna 124 balla 31-ci, Rusiya 111 balla 39-cu sırada, Türkiyə 110 balla 40-cı sırada, Gürcüstan 107 balla 43-cü sırada, Qazaxıstan 72 balla 59-cu sırada, Azərbaycan 65 balla 65-ci sırada qərarlaşıb.

Bildirək ki, Azərbaycanla eyni sıranı Çin və Dominikan Respublikası paylaşıb.