PAYLAŞ
Azərbaycan

2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6 faiz artım deməkdir.

Dövlət Turizm Agentliyindən bildirilib ki, qonaqların üçdə birindən çoxunu, yəni 35 faizini Rusiyadan gələnlər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 min və ya 10 faiz çox qonaq deməkdir.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə qonşu ölkədən Azərbaycana 12 min və ya 26 faiz daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25 faiz artaraq rekord həddə – 29 minə çatıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 122 min və ya 7.4 faiz çoxdur.

Ən böyük artım 76 min və ya 23 faiz daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39 faiz44 faiz artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4 faiz artıb.