UCUZUNDAN TUTMUŞ BAHASINA QƏDƏR OLAN MEHMANXANALAR

Səyahət planlamanın ən önəmli nöqtələrindən biri də qalacağın yeri müəyyənləşdirməkdir.

Bəzilərimiz 4-5 ulduzlu mehmanxanaları, konfortu sevirik, bəzilərimiz üçünsə harada qalmanın önəmi yoxdur. Əsas gəzib, görməkdir. Dostlarımızın seçiminə hörmət edir, onlara lazım olan mehmanxananı, hosteli harada tapacaqları ilə bağlı seçimlər təqdim edirəm.

Turistlərin ən çox istifadə etdiyi mehmanxana axtarış saytı www.booking.com-dur. İstər az büdcə ilə səyahət et, istərsə də büdcən 5 ulduzlu mehmanxanaya yetsin. Bu sayt sənə hosteldən tutmuş 5-7 ulduzlu mehmanxanalara qədər hər variantı təklif edir.Bu zaman e-mail vasitəsilə ən gizli, açıq şəkildə hamıya göstərilməyən fürsətlərdən xəbərdar olacaqsan. Bahalı mehmanxanaların endirim kampaniyalarından tutmuş, balayı, işgüzar səfər, dostlarla səfər zamanı harada qala biləcəyinə dair təklifləri e-mail vasitəsilə alacaqsan.

Digər məsləhət bildiyim mehmanxana axtarış saytları:

www.expedia.com

www.orbitz.com

www.kayak.com

www.trivago.com

www.momondo.com

MENYUDA UCUZ SEÇİMLƏR DƏ VAR

Daha çox gəzib-görmək dəlisi olanlar, konfort  düşkünü olmayanlar hostel seçə bilər. Əvvəla deyim ki, hostel frazası sizi qorxutmasın, burada 2 nəfərlik otaqlar da olur. Bizdə adətən hostel deyəndə ağıla10-12 nəfərin bir otaqda qalmaq gəlir. Əslində  elə deyil. Seçim sənindir. Çox adamla da qala bilərsən, 2 nəfərlik otaq da seçə bilərsən.Ən məşhur hostel axtarış saytları www.hostels.com və www.hostelsworld.com-dur. Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən. Hollandiyada hosteldə qalanda digər səyahətçilərdən Amsterdam yaxınlığında görməli kiçik balıqçı qəsəbələrinin olduğunu eşitdim. İnanın həmin qəsəbələr indiyə qədər gördüyüm ən görməli yerlər idi…Ən məşhur hostel axtarış saytları www.hostels.com  və www.hostelsworld.com-dur.  Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən. Hollandiyada hosteldə qalanda digər səyahətçilərdən Amsterdam yaxınlığında görməli kiçik balıqçı qəsəbələrinin olduğunu eşitdim. İnanın həmin qəsəbələr indiyə qədər gördüyüm ən görməli yerlər idi…

QONAQ QƏBUL ET, QONAQ OL

Biri də var Couchsurfing (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün internetdə qurulub. Onlar bir-birinin evində pulsuz qalırlar. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün www.couchsurfing.com-da profil yaratmaq, maraqlarına uyğun məntəqə, ev sahibi seçmək lazımdır. Bu variant sənə təhlükəli görünə bilər. Nəticədə, tanımadığın birinin evində qalmaqdan gedir söhbət. Ancaq istifadəçiləri çoxdur. Yoxlaya bilərsən.

Qeyd:

Deyəcəksən ki, Azərbaycanda viza almaq üçün mehmanxananın məktubu gərəkir. Bu da düzdür. Bu variantdan xaricdə təhsil alan tələbələr və ya xaricdə yaşayan azərbaycanlılar istifadə edə bilər.

Avropada 2 nəfərə 10 günlük səyahətə ən çox 1500 manat xərcləmişəm (Təxminən 5 ölkə, 20 şəhər gəzməklə). Ən az xərclədiyim isə 500 manat olub (10 günə 3 ölkə, 7 şəhər gəzməklə).

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin