Ev Aviabiletlər Ucuz təyyarə biletini hardan əldə edək?

Ucuz təyyarə biletini hardan əldə edək?

Sərfəli təyyarə biletləri

Avropanın ən ucuz və tez-tez kampaniyalar edən aviaşirkətləri

Hamımız harasa gedəndə təyyarə biletinin ucuz başa gəlməsini istəyirik. Əsas pulunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləməyi kim istəməz ki?

GƏLİN TƏYYARƏ BİLETİNİ MAKSİMUM UCUZ ALAQ Kİ, QALAN ƏYLƏNCƏLƏRƏ ÇOX PULUMUZ QALSIN ?

Beləliklə, deyim ki, ucuz bilet axtarışını bir neçə saytda etmək olar. Bu aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də ? ). skyscanner.com,opodo.comedreams.comskycheck.comtripadvisor.com kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

GEDİŞ-GƏLİŞ CƏMİ 60 AVRO

2014-cü ilin oktyabrına qədər Macarıstanın ​WizzAir​ aviaşirkəti Bakı-Budapeşt reysini  həyata keçirirdi. Uçuşlar ucuz idi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinə 60 avro ödəmişdim. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Ancaq biz yenə həmin şirkətin ucuz xidmətindən yararlana bilərik. WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

Səyahət

WizzAir-lə oktyabrın 20-nə olan Kutaisi-Budapeşt reysinin qiyməti 130 avro, həmin günə AZAL-ın Bakı-Budapeşt reysinin qiyməti isə 415 manatdır. Turistdən fərqli olaraq, səyahətçiyə lüks təyyarə, bahalı yemək-içmək lazım deyil. Ona görə Kutaisidən uçmaq sərfəlidir. Bakıdan Kutaisiyə getməyə isə 15,50 manat bəs edir.

Çətini Avropa ölkələrindən birinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Ucuz aviabilet

Qeyd: Biletin ucuz olması üçün:

 

– Uçuşdan minimum 60 gün öncə alınmalıdır;

– Həftə içi uçuşlarını seçmək lazımdır;

– Uçuş gecə yarısından sonra olmalıdır.

AVROPANIN ƏN UCUZ AVİAŞİRKƏTLƏRİ BUNLARDIR

RyanAir (http://www.ryanair.com);

EasyJet (http://www.easyjet.com);

German Wings (http://www.germanwings.com);

WizzAir (http://wizzair.com);

Corendon (http://www.corendon.com);

Vueling (http://www.vueling.com).

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən ?