Ev Blog Səhifə 12

Tac Mahal gündə 5 min turist qəbul edə biləcək

0
Tac Mahal

Hindistandakı məşhur Tac Mahal türbəsi hələlik bir gündə ən çoxu 5 mindən çox turist qəbul edə biləcək, kütləvi ziyarətçi axını isə ən azı bir ildən sonra ola biləcək.

Gezmeli.az “Report” istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın Aqra şəhərindəki Arxeologiya idarəsinin müdiri Vasant Kumar Svarnkar pandemiyanın səbəb olduğu fasilədən sonra türbənin ziyarətçilər üçün açılışı ilə əlaqədar danışarkən bildirib.

“Ciddi təhlükəsizlik tədbirləri tətbiq etmişik: hamı məcburi maska taxmalıdır, bütün ziyarətçilərin əlləri və ayaqqabıları antiseptiklə təmizlənir, bədən tempraturu ölçülür. Bundan əlavə, muzeyin iş gününü iki hissəyə ayırmışıq: 06:00-dan 12:00-dək və 12:00-dan 18:00-dək. Hər növbədə Tac Mahalı maksimum 2,5 min adam, yəni ümumilikdə yalnız 5 min nəfər ziyarət edə bilər”, – o deyib.

“Əvvəllər Tac Mahalı gündəlik orta hesabla 40 min adam ziyarət edirdi. Lakin pik mövsümdə – dekabrdan fevraladək olan dövrdə hər gün 170 min nəfər ziyarətçi olurdu. Turistlərin nə vaxt kütləvi şəkildə türbəyə qayıdacağını bilmirəm, amma bunun ən azı bir il sonra olacağını düşünürəm”, – Svarnkar əlavə edib.

O, Tac Mahalın və daha bir muzeyin – Aqranın Qırmızı Qalasının açılması qərarının vacib səbəbi kimi iqtisadiyyatı göstərib.

“Turizm bu şəhərdə vacib sahədir. Aqra sakinlərinin üçdə biri birbaşa və ya dolayısı ilə Tac Mahaldan və Qırmızı Qaladan asılıdır. Eyni zamanda Aqrada koronavirusla bağlı vəziyyətin digər bölgələrdəki kimi problemli olmadığını düşünürük”, – Svarnkar izah edib.

Qeyd edək ki, Böyük Moğol İmperiyası dönəmində Şah Cahanın vəfat etmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsi üçün tikintisinə göstəriş verdiyi türbə 1632-ci ildən 1653-cü ilə qədər olan müddətdə inşa edilib. XX əsrin əvvəllərində ictimaiyyət üçün açılan dünyanın yeddi möcüzəsindən biri sayılan tikili çox nadir hallarda bağlanıb. Koronavirus pandemiyası səbəbilə mart ayındakı bağlanışa qədər türbə II Dünya müharibəsi zamanı, 1971-ci ildə Hindistan-Pakistan müharibəsi günlərində, 1978-ci ildəki daşqınlar zamanı bağlı olub.

Azərbaycan Turizm Assosiasiyası tərkibində ekspertlər komissiyası yaradılıb

0
turizm

Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir. Gezmeli.az SİA istinadən xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tərkibində ekspertlər komissiyası yaradılıb.

Komissiyanın tərkibinə turizm və digər sənaye sahələri üzrə nüfuzlu və peşəkar mütəxəssislər cəlb olunub.

Yeni yaradılmış komissiyanın məqsədi turizm sənayesi üçün yeni hədəflərin müəyyən edilməsi və ekspert rəylərinin köməyi ilə yeni turizm imkanlarının araşdırılmasından ibarətdir.

Komissiyaya 11 nəfər daxildir.

Lənkəranda regional turizm idarəsi açılır

0
Lənkəran

Sentyabrın 22-də Lənkəran Destinasiya Menecmenti Təşkilatının (regional turizm idarəsinin) açılışı baş tutacaq.

Gəzməli.az -a Dövlət Turizm Təşkilatından verilən məlumata görə, Destinasiya Menecmenti Təşkilatları (DMT) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması məqsədilə yeni struktur vahidi kimi təsis olunur.

Lənkəran DMT 2019-cu ildə açılmış Quba DMT və Şəki DMT-dən sonra sayca 3-cü regional turizm strukturudur. (trend)

Xəzər dənizində kruiz turizmi təşkil oluna bilər

0
Kruiz

Gələn ildən etibarən Xəzər dənizində kruiz turizminin həyata keçirilməsi nəzərdə tutulur.

Gezmeli.az “APA-Economics” istinadən xəbər verir ki, layihəyə dair müzakirələr Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Moskvada Xəzəryanı ölkələrin Rusiyadakı səfirləri ilə görüşü zamanı aparılıb.

Görüşdə turizm sektorunda əməkdaşlıq çərçivəsində Xəzəryanı dövlətlərlə birbaşa uçuşların bərpasına da xüsusi diqqət yetirib.

İ. Babuşkin Azərbaycan, Qazaxıstan və Türkmənistanın diplomatik nümayəndəliklərinin rəhbərlərini Həştərxanda keçiriləcək “Xəzər media forum – 2020” tədbirinə qatılmağa dəvət edib.

Rusiyanın bu şəhərindən Bakıya təyyarə reysi açıla bilər

0
Commercial airliner in flight over a cloud covered background.

Rusiyanın Yaroslavl şəhərindən Azərbaycana təyyarə reysi açıla bilər.

Gezmeli.az Lent.az istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirib.

Mirsayapovun dediyinə görə, Yaroslavl vilayəti Azərbaycanın xarici ticarətində potensial partnyorlardan birinə çerilə bilər. “Bundan başqa, qarşılıqlı turizmin inkişafı da nəzərdə tutulur. Ona görə də Yaroslavlla Bak arasında aviareyslərin təşkili gündəmdədir”.

Lənkəran Lerik Yardımlı Astara turu

0
turizm

Cənub Bölgəsinə növbəti Səyahət
Gözəl və mənalı gün Keçirtmək üçün sizləri Lənkəran Lerik Yardımlı Astara Turuna dəvət edirik.

Tarix : 26-27 Sentyabr
*Qiymətə daxildir:
*Nəqliyyat xidməti
*Oteldə gecələmə (Palıdlı Sahil)
*(1 gecə/2 gün)
*Qidalanma: 2 dəfə Səhər yeməyi
*Foto çəkiliş( hamınln şəkli çəkilir fərdi və kollektiv)
*Tur rəhbər

  • Gəzintilər
    Xanbulan Gölü, Somavar Heykəli,
    Qala Qapilari,Günəş Şəlaləsi,
    Relax,Yardimli Şəlaləsi,Astara Bulvarı
    Qeyd: 1 nəfər üçün qiymət 85 manatdır!
    0-5 yaş uşaqlar pulsuz nəqliyyatda və hoteldə yer tutmazsa

Ətraflı Məlumat üçün:

070-264-60-30

Ötən il turistlərin ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1,97 milyard manat olub

0
turizm
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin dinamikasında davamlı artım müşahidə olunub və bu göstərici 2019-cu ildə 6,4 faiz təşkil edib.
AZƏRTAC “İllik turizm statistikası 2019”a istinadla xəbər verir ki, ötən ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1,97 milyard manat olub. Turizm sektorunun bir hissəsi olan bu sahənin iqtisadiyyatda xüsusi çəkisi 2,4 faizdir.
2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 59,3 milyon manat investisiya qoyulub. Ölkə üzrə əsas kapitala yönəldilən ümumi vəsaitin 0,3 faizi bu sahənin payına düşüb. Bu sahədə investisiya qoyuluşu bütövlükdə daxili mənbələr hesabına formalaşıb. 2015-2018-ci illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 914,7 milyon manat investisiya yatırılıb. Qoyulan investisiyanın 65,8 faizi və ya 602,2 milyon manatı yerləşdirmə obyektlərində xidmətlərin göstərilib. 34,2 faizi və ya 312,5 milyon manatı isə ictimai iaşə xidmətlərinin göstərilməsi sahələrinə yönəldilib.
2018-ci illə müqayisədə 2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində məşğul olan əhalinin sayı 3 faiz artaraq 80,5 min nəfərə çatıb. Bu göstərici ölkədəki cəmi məşğulluğun 1,6 faizini təşkil edir. Onlardan 27,6 min nəfər əmək müqaviləsi ilə çalışanlardır ki, bu da cəmi muzdla işləyənlərin 1,7 faizini təşkil edir. Azərbaycanda turizm xidmətləri üzrə saldo 331,7 milyon ABŞ dollarına bərabər olub.

Azərbaycanlıların müalicə turizminin istiqaməti dəyişdi – İrandan Rusiyaya doğru…

0
turizm
Adil Qeybulla: “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir”
Səhhətində hər hansı problemi olan şəxs yerli səhiyyəyə etibar etmədiyi halda, xarici həkimlərin əllərinə güvənir. Məlumdur ki, son illər müalicə və müayinə üçün İrana gedənlərin sayı artıb. Ancaq son zamanlar İranda azərbaycanlılara göstərilən münasibət onların müalicə üçün İrana getməməsinə səbəb oldu.
Artıq vətəndaşlarımızın bir qismi müalicə üçün Rusiyaya daha çox üz tutur. Belə ki, Rusiya Səhiyyə Nazirliyi ölkə xəstəxanalarında müalicə alan əcnəbilərlə bağlı statistikanı açıqlayıb. Bu ilin ilk 8 ayında Rusiyada 1,2 milyon xarici ölkə vətəndaşı müalicə alıb. Onlar arasında çoxluğu Özbəkistan, Qazaxıstan, Azərbaycan və Tacikistan vətəndaşları tutur. Bu 4 postsovet ölkəsinin vətəndaşları müalicə alan əcnəbilərin 60%-dən çoxunu təşkil edib.
Siyahıda Azərbaycan vətəndaşlarının əcnəbilər arasında 3-cü yerdə cəmləşməsi yüzminlərlə azərbaycanlının müalicə üçün Rusiyaya üz tutmasından xəbər verir. Ekspertlərin fikrincə, xüsusən keçmiş Sovet respublikalarının sakinlərinin müalicə üçün Rusiyaya getməsi yüksək tibbi xidmət, münasib qiymət və ərazi yaxınlığı ilə əlaqəlidir.
“İranda səhv, yarımçıq müalicə olunanlarla bağlı xeyli nümunə var”
Tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, “Azərbaycanda həkim yoxdur” fikri emosional bir yanaşmadır. Bu cür düşüncə isə həkimdən çox, şarlatanlarla, özünü reklam etdirənlərlə, aşağı səviyyəli tibb təhsili verən universitetləri bitirənlərlə qarşılaşma nəticəsində yaranıb: “Sadəcə, həkim seçimini düzgün aparmaq lazımdır. “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir. Bu münasibət isə bumeranq effekti verir. Xəstə özü bu münasibətdən əziyyət çəkir. İrana bir müddət kütləvi axın oldu. Sonradan məlum oldu ki, İranda səhv, yarımçıq müalicə olunanlarla bağlı xeyli nümunə var. Həm də İranda bu gün müalicə xeyli bahalaşdığından, insanlar ora az gedirlər”.
A.Qeybullanın sözlərinə görə, Azərbaycan səhiyyəsində problem olmadığını da demək olmaz: “Birinci məsələ odur ki, ölkəmizdə səhiyyə xərcləri vətəndaşların çoxunun cibinə uyğun deyil. Bəlkə də icbari tibbi sığorta olsa, bu problem aradan qalxar. Digər tərəfdən, xəstələrin bizim səhiyyəmizə güvənini azaldan bir fakt məmurların özünün, bütövlükdə, həkimlərə münasibətidir. Məsələn, məmurlar başqa ölkələrdə müayinə, müalicə olunurlar, ən xırda şey üçün xaricə gedirlər. Bu şeylərə diqqət etmək lazımdır. Bu gün Azərbaycana Avropanın müxtəlif ölkələrində, Türkiyədə təhsil alıb qayıtmış xeyli tibb mütəxəssisi var. Onlar Qərb səhiyyəsinin standartlarını bilirlər. Hesab edirəm ki, səhiyyənin təşkilində müəyyən qüsurlar olsa da, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr cəhətdən xeyli irəli getmişik. Sadəcə, bu iş düzgün təşkil olunmalı, həkimlərin həyat səviyyəsi yaxşılaşdırılmalıdır. Efirlərdə səhiyyədə olan problemlər işıqlandırılmalı, sanitariya istiqamətində maariflənmə işi gücləndirilməlidir. İnsanlar özlərini hansı xəstəliklərdən necə qorumalı olduqlarını bilməlidirlər”.
Həmsöhbətimiz əlavə etdi ki, “Azərbaycanda ən yaxşı həkim filankəsdir” deyimini real olmayan bir hal adlandırır: “Ən güclü həkim anlayışı o istiqamətdə çalışan digər həkimlərin işini kölgə altında qoyur. Nəticədə məlum olur ki, o ad verilən həkim, sadəcə, reklam sayəsində bu adı qazanıb, işə gələndə isə belə deyil. Məsələn, Qərb təbabətində həkimlərin yetişdirilməsi prinsipləri var. Bir sahənin mütəxəssisi konkret bir xəstəliyin diaqnozunu qoymaq, müalicə etmək üçün beynəlxalq protokolları öyrənir. Həmin ixtisası almış hansı həkimə getsən, onlar sizi eyni cür müalicə edəcəklər. Qayda-qanunla. Amma həkimlik özfəaliyyətə dönəndə, qarmaqarışıqlıq yaranacaq. Bu kimi hallar sistemə düşməlidir”.

Sentyabr ayında 200 mindən çox rusiyalı turist Antalyanı ziyarət etdi

0
Antalya

Sentyabrın ilk yarısında Türkiyənin Antalya vilayətini təxminən 225.000 rusiyalı turist ziyarət edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Hurriyet Daily News” nəşri yayıb.

“Bu, yay mövsümünün uzadılmasına ümid verir” deyə Fraport TAV Antalya Hava Limanının baş direktoru Deniz Varol bildirib.

“Avqust ayında 225 min rusiyalı turist Antalyaya gəldi. Sentyabr ayında yalnız 15 gündə eyni rəqəmə çatdıq” deyib.

Onun sözlərinə görə, türk kurortuna gələn sərnişinlərin demək olar ki, yarısı Rusiyadandır.

“Çox güman ki, bu il Antalyadakı hava trafikinin yüzdə 50-ni ruslar təşkil edəcək. Bu, son illərdəki təxminən yüzdə 35-ə nisbətən əhəmiyyətli bir artımdır”. Başqa bir hava limanının rəsmisi Bilgihan Yılmaz qeyd edib.

Türkiyə Rus səyahətçilərinin gedə biləcəyi nadir ölkələrdən biridir.

Yılmaz “Antalyada təkcə ruslara deyil, bütün turistlərə təqdim edilən tur paketləri çox cazibədardır. Qiymətlər münasibdir və keyfiyyəti çox yüksəkdir. Ümumiyyətlə sentyabr ayında sona çatan bu vilayətə Rusiya nəqliyyatı oktyabr və noyabr aylarına qədər uzadıla bilər” deyib.

Keçən il Türkiyəni yeddi milyon rus turist ziyarət edib, onlardan altı milyonu Antalyaya gəlib. Ümumilikdə, Türk kurortları və görməli yerləri 2019-cu ildə 45 milyon xarici qonaq cəlb edib. Mədəniyyət və Turizm Nazirliyinin proqnozlarına görə, bu il turistlərin sayı 15 milyona çata bilər.

Pandemiyanın zərər vurduğu TURİZM – Yeni layihələr hazırlanır

0
turizm
Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri turizmdir. Bu sektorda mövcud problemlərin aradan qaldırılması ilə bağlı müxtəlif tədbirlər, o cümlədən davamlı olaraq mehmanxanalarda monitorinqlər keçirilir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Publika.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə yeni layihələr hazırlanır: “Mədəniyyət Nazirliyinə kreditlər və viza məsələri ilə bağlı məktub yazmışıq. Pandemiyadan ən çox təsirlənən sahə turizm sektoru olub. Müxtəlif turizm qurumları bu sahədə işlərini davam etdirir və böhrandan çevik çıxmaq üçün layihələr hazırlayırıq. AzTA-nın tərkibində turistlərin hüquqlarını müdafiə və maarifləndirilməsi komitəsini yaratmışıq. Bundan başqa, Türkiyə ilə birgə Türk Dövlətlərinin Turizm təşkilatını yaratmaq ideyasını və layihəsini hazırlayırıq”.
M.Ağakərimov qeyd edib ki, həmçinin otellər, restoranlar, turizm şirkətləri və bələdçilər üzrə ekspert qurupları hazırlanıb: “Ən əsası isə biz bölgələrdə ilk növbədə pandemiyadan sonra daxili turizmi inkişaf etdirmək üçün Azərbaycan Turizm Assosiasiyasının nümayəndəliklərini yaratmışıq. Nümayəndələrimiz Şimal-Qərb, Şimal-Şərq və Cənub bölgələrində turizm potensialının, sanitar epidemioloji vəziyyətin necə olduğu, otellərdə qaydalara necə riayət olunması ilə bağlı məlumat əldə edir. Çalışırıq ki, müsbət vəziyyət yarananda sıfırdan başlamayaq. Dövlət bilir ki, pandemiyadan ən böyük zərbə də məhz turizm sahəsinə dəyib. İnanıram ki, dövlətimiz turizmə dəstək göstərəcək”.