Ev Blog Səhifə 11

Mərakeşin turizm sektoru pandemiya səbəbindən yeddi ayda 2 milyard dollar itirib

0
Mərakeş

Mərakeş Krallığının İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdindəki Tədqiqat və Maliyyə Proqnozları İdarəsi 2020-ci ilin ilk yeddi ayının sonunda turizm sektorunun COVID-19 pandemiyası nəticəsində təxminən 2 milyard dollar itirdiyini və gəlirlərin 44,1 faiz azaldığını bildirib.

Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, 2020-ci il iyun ayının sonunda Mərakeşə gələn turistlərin sayı keçən ilə nisbətən 63 faiz azalıb.

Pandemiya səbəbindən ölkə valyuta gəlirlərinin 60 faizini itirib. Bundan başqa, Mərakeşin turizm sektorunda çalışanların 50 faizi işlərindən məhrum olub.

COVID-19 böhranının turizm sektoruna mənfi təsirlərini azaltmaq lazımdır. Bu sahənin inkişafını təmin etmək lazımdır. Bu səbəbdən avqust ayında 2020-2022-ci illəri əhatə edən proqram qəbul olunub.

Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin – TƏKLİF

0

Azərbaycanda daxili turizmin dirçəlməsi üçün həftə sonlarında yalnız turizm şirkətlərinin turları üzrə hərəkət edən avtobusların Bakıdan çıxışına icazə verilsin.

Bu təkliflə çıxış edən turizm üzrə ekspert Fariz Hacıyev Trend-ə bildirib ki, karantin qaydalarının son mühüm yumşalmasından sonra Bakı ilə rayonlar arası gediş-gəliş bərpa olundu. Amma sərnişindaşımaya olan qadağa qüvvədə qaldığı üçün mikroavtobusların, iri tutumlu avtobusların Bakıdan çıxışına icazə verilmir. Bu isə öz növbəsində daxili turların yenidən dirçəlməsinə böyük maneə yaradır:

“Düzdür, şəxsi minik avtomobil ilə rayonlara gedənlərin sayı kifayət qədərdir. Daima qrup turlarına üz tutan insanlar isə mövcud vəziyyətdən faydalana bilmirlər. Fərdi şəkildə istirahətə getmək onlara həm baha başa gəlir, həm də fərdi səyahət turları qrup turları kimi onlara maraqlı gəlmir. Bunları nəzərə alaraq təklif edirəm ki, həftə sonlarında yalnız turizm şirkətlərinin turları olmaqla avtobusların Bakıdan çıxışına icazə verilsin”.

Ekspert əlavə edib ki, tur avtobuslarının hansı qaydada aparılması, bununla bağlı bütün sanitar-gigyenik qaydalar Dövlət Turizm Agentliyi tərəfindən hələ bir necə ay əvvəl hazırlanaraq təsdiq edilib.
Avtobuslarla turların təşkilinin təhlükəsiz olacağı qənaətində olan F.Hacıyev qeyd edib ki, Bakıdakı ictimai nəqliyyatdan fərqli olaraq, tur avtobuslarında yalnız ümumi tutumun yarısının dolmasına icazə veriləcək. Bu da öz növbəsində daha təhlükəsiz səyahət deməkdir.

Ekspert əlavə edib ki, qrup turları postlardan keçərkən şirkətin rəsmi sənədi əsasında tur iştirakçılarının siyahısı, onların gedəcəyi hotel, turun vaxtı qeyd olunacaq:

“Bu da bəzi işbazların vergidən yayınma hallarının aradan qaldırılmasına kömək edə bilər. Eyni zamanda, bəzi hallarda heç bir rəsmi qeydiyyatı olmayan, ofis şəklində fəaliyyət göstərməyən ayrı-ayrı şəxslər tərəfindən də turlar təşkil olunur. Əksər hallarda kütləvi şikayətlər onlarla bağlı olur. Müəyyən rəsmi sənədlər təqdim edilmək şərti ilə turların təşkil olunması bu məsələnin də həll olunması deməkdir”.

Qax-Zaqatala Turu

0
Qax-Zaqatala Turu

Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş ?

Tam fərqli bir səyahətlə qarşınızdayıq Qax-Zaqatala Turu ?

?️ Tarix : 26-27 Sentyabr
?️Qiymət – 85AZN

?️ Müddət – 1 gecə 2 gün

Tura daxildir:⤵️
Nəqliyyat xidməti
Oteldə gecələmə (Zaqatalada)
(1 gecə/2 gün)
Qidalanma: 2 dəfə Səhər yeməyi
Foto çəkiliş
Tur rəhbər
Ekskursiyalar:⤵️
Zaqatala
Zaqatala qalası
Car kəndi
Ümid gölü
Qəbz dərə
Qax
Mamırlı şəlaləsi( 2 km piyada yol,taksiylədə gedə bilərsiz)
Ulu körpü
İlisu şəlaləsi (nivalar 15 manat aparır)

Alban kilsəsi

?️Qiymətə daxil deyil:
Muzey v ə komplekslərə giriş biletləri
ℹ Qeyd:⤵️
Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
0-5 yaş uşaqlar pulsuz nəqliyyatda və hoteldə yer tutmazsa
Hava şəraitinə uyğun olaraq proqramda dəyişiklik ola bilər


Ətraflı Məlumat üçün:

070–819-32-64

Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb

0
turizm

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə iştirak ediblər. 

Bu barədə “Report”a KOBİA-dan bildirilib. 

Məlumata görə, turizm kompleksinin istifadəyə verilməsi postpandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaqdır. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz müsbət töhfəsini verəcək.

Rəsmi şəxslər kompleksin fəaliyyəti və burada həyata keçiriləcək digər layhələrlə tanış olub. Kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar.

Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərib.

Gənc sahibkarın yaratdığı turizm kompleksi dörd mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm kompleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub. 

Hazırda KOBİA turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərir. Kompleksin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerlərinin yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin edilecek. Eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcək. 

Dövlət dəstəyi olmadan Macarıstanın otel biznesi çökmək təhlükəsi ilə qarşılaşa bilər

0
turizm

Gələn ilin aprel-may aylarına qədər turizm pandemiyadan əvvəlki səviyyəsinə qayıtmazsa, Macarıstanın otel sektoru on minlərlə insanı ixtisara salmalı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Macarıstanın hrportal.hu portalında yer alıb.

Macarıstan Otel və Restoran Assosiasiyası turizm sektorunun başqa bir xilasetmə paketinə ehtiyacı olduğunu bildirib. Məlumdur ki, Budapeşt otel sənayesi üçün sentyabr və oktyabr ən yaxşı aylar olub, lakin bu il belə deyil. Sərhədlərin bağlanması səbəbindən səyahət sənayesi sifarişlərin təxminən 20 faizini itirib, bu isə işçiləri miqdarı azaldılmış əməkhaqqı ilə saxlamaq üçün kifayət edəcəkdi. Lakin qonaqlar yoxdur və bu səbəbdən sektoru ixtisar aparmadan açmaq üçün əlavə dövlət dəstəyi tələb olunur.

Turizmlə bağlı yeni təkliflər

0
turizm

Sentyabrın 8-də rayonlara gediş-gəliş açıldıqdan sonra daxili turizmdə canlanma müşahidə edilir. Şəxsi avtomobillər, taksilərlə rayonlara istirahətə üz tutanların sayı kifayət qədərdir.

Lakin avtobuslarla sərnişindaşımaya qadağa qoyulması, qrup turlarının təşkil oluna bilməməsi səyahət qiymətlərinə təsirsiz ötüşməyib.

Fariz Hacıyev təklif edir ki, turzmin dirçəldilməsi üçün həftə sonları yalnız turizm şirkətlərinin turları olmaqla avtobusların Bakıdan çıxışına icazə verilsin. Onun sözlərinə görə, tur avtobuslarının hansı qaydada aparılması, bütün sanitar-gigiyenik qaydalar Dövlət Turizm Agentliyi tərəfindən aylar öncədən artıq hazırlanıb.

Qaydalara görə, Bakıdakı ictimai nəqliyyatdan fərqli olaraq, tur avtobuslarında yalnız ümumi tutumun yarısına icazə veriləcək ki, bu da öz növbəsində daha təhlükəsiz səyahət deməkdir.

Turizm şirkəti avtobus turlarına icazə ilə bağlı Dövlət Turizm Agentliyinə müraciət edib.

Agentlikdən isə REAL-a bildirdilər ki, qurum məsələ ilə bağlı təkliflərini hazırlayıb. Aidiyyatı dövlət strukturları ilə müzakirələr aparılır.

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

0
Aviareys

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, yeni reyslər sentyabrın 26-dan etibarən həyata keçiriləcək.

Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alıb. Qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

ATAA: Hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb

0
otel

Pandemiya ilə əlaqədar hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb.

Gezmeli.az xəbər verir ki bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, hazırda hotellərdə müştərilərə masa arxasında xidmət göstərilir: “Hazırda COVİD-19-a görə hotellərdə açıq bufetlər fəaliyyət göstərmir. Açıq bufetlər yoluxma riskini artıra bildiyindən hər hotel yalnız özü hazırladığı menyunu müştərisinə təklif edir və ofisiantlar onu müştərinin masasına gətirir”.

G.Qəhrəmanov əlavə edib ki, bu tədbir qonaqların və təchizatçıların mehmanxanalara səfəri nəticəsində yaranan fiziki təması minimuma endirmək məqsədilə həyata keçirilir.

O, hotellərə səfər edənlərin mehmanxanada tətbiq edilən tədbirlər, habelə məhdudiyyətlər barədə məlumatlandırıldığını da söyləyib.

Türkiyə Avropada ilkə imza atdı: 369 metr… – FOTO

0
Türkiyə

Türkiyənin yeni teleradio qülləsi tam fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, İstanbulun ən yüksək yerlərindən biri olan Çamlıca bölgəsində inşa olunan yeni qüllənin fəaliyyətə başlamasının ardından ərazidəki digər qüllələrin söküntü işlərinə başlanılıb.

Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu İstanbulun mənzərəsinin pozulmaması məqsədilə Böyük Çamlıcada 25, Kiçik Çamlıcada isə 3 olmaqla, ümumilikdə 28 ötürücünün söküləcəyini bildirib. Nazir yeni ötürücünün fəaliyyətə başlaması ilə ərazinin turizm baxımından da əhəmiyyətli yerə sahib olacağını qeyd edib.

Hündürlüyü 369 metr olan qüllə 10 min kvadratmetr ərazidə inşa olunub. Bu ötürücü dəniz səviyyəsindən 587 metr yüksəkdədir. Eyni zamanda Avropanın ən hündür teleradio qülləsidir.

Bakı və Yaroslavlı birbaşa aviareys birləşdirə bilər

0
Yaroslavl

Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Bakı və Yaroslavlı birbaşa aviareys birləşdirə bilər. Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Birbaşa aviaəlaqə yaratmaq təşəbbüsü Rusiyanın Yaroslavl vilayəti və Azərbaycan Respublikasının rəsmilərinin, eləcə də sahibkarların iştirakı ilə keçirilən ticarət-iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunmuş videokonfrans zamanı səsləndirilib.

“Turizm sektorunun təmsilçiləri Azərbaycanla Yaroslavl arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan nümayəndələri tərəfindən səsləndirilmiş təkliflərdən biri Yaroslavl (“Tunoşna”) və Bakının hava limanları arasında birbaşa aviareysin açılmasından ibarət idi”, – Yaroslavl vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət Departamentinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Təklif Yaroslavl vilayət hökumətinin sədr müavini Maksim Avdeyev tərəfindən dəstəklənib. Departamentdə qeyd ediblər ki, təşəbbüslər dərindən işlənilməlidir, lakin iki şəhər arasında aviaəlaqə qurmaq ideyası qarşılıqlı maraq doğurub.

“Tunoşna” hava limanı beynəlxalq statusa malikdir. Hazırda bu hava limanı aşağıdakı istiqamətdə reyslər həyata keçirir: Soçi, Sankt-Peterburq, Kazan, Simferopol, Krasnodar, Moskva (“Aeroflot”un transfer reysi). “Tunoşna”da hava limanının buraxılış imkanını artırmaq məqsədi ilə aerovağzal binasınının genişləndirilməsi üzrə işlər aparılır. Həmçinin süni örtüklü uçuz-enmə zolağının, təyyarələrin dayanacağının rekonstruksiyasını həyata keçirmək planlaşdırılır. Hazırda hava limanı Boeing 757-200, Airbus A319, Airbus A320, Boeing 767-300 təyyarələrini qəbul etmək imkanına malikdir. Bu tip təyyarələr “Azərbaycan hava yolları”nın (AZAL) donanmasının əsasını təşkil edirlər.

“Yaroslavl hava limanında gömrük və sərhəd yoxlamasını həyat keçirmək üçün imkan var”, – Vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin mətbuat xidmətindən bildirilib.